Sosial / Slayd (22-09-2016, 13:17)
Maliyyə Nazirliyində nələr baş verir? - pul əməliyyatları dayandırılıb
Maliyyə Nazirliyinin xəzinədarlıq sistemi artıq çöküb. Son 10 gündə büdcə təşkilatlarına və dövlət sifarişi ilə işləyən müəssisələrə ödəniş tapşırığı edilməyib.
Mediatv.az xəbər verir ki, bu barədə istiqlal.az-a müəssisə rəhbərlərindən biri məlumat verib.
Mənbə bildirir ki, sentyabrın 5-dən ödəniş üçün xəzinədarlığa ödəniş sorğularının heç birinə cavab verilmədiyindən ödəniş tapşırıqlarını yerinə yetirmək mümkün deyil: "Xəzinədarlıqdan deyirlər ki, mərkəzləşdirilmiş setdə texniki problem yaranıb. Ancaq büdcədə pulun olmaması ilə bağlı söhbətlər gəzir. Cünki texniki xətaların 17 gün müddətinə aradan qaldırılmaması mümkün deyil".
Mənbə onu da bildirir ki, indiyəcən belə hal olmayıb: "Texniki xətalar uzağı 24 saata aradan qaldırılıb. Ona görə də prosesin 17 gün davam etməsi şübhəli görünür. Xəzinədarlıqdan yalnız onu deyirlər ki, müvəqqəti texniki problemdir".