Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (9-09-2016, 11:14)
Rüşvətə amansız rektorun biznesindən müdhiş - Faktlar

Rüşvətə amansız rektorun biznesindən müdhiş

 

Rüşvətə qarşı amansız olduğunu deyən Qafqaz universitetinin yeni rektoru Havar Məmmədov haqda arayış hazırlamışıq 

Mediatv.az xəbər verir ki, Politika.Az-ın apardığı kiçik bir ekskursiya zamanı onun fəaliyyətinin leytmotivi hazırlanıb. Aydın olub ki, Azərbaycan Texniki Universitetində (AzTU) rektor olmuş H.Məmmədovun öz idarəçilik üslubu var imiş. 


"3” qiymətinin 50, dövlət imtahanlarının 500 manata yazıldığı Texniki Universitetdə rüşvət demək olar ki, rəsmiləşdirilib. 

Hələ ötən ay Media Təqib Mərkəzi apardığı monitorinqin nəticələrini açıqlayarkən məlum olmuşdu ki, Texniki Universitet haqqında ən çox neqativ yazılan universitetlərdəndir. 

Məlumatlara görə, Texniki Universitetdə tələbələrdən yığılan rüşvətlər hər ayın axırı rəhbərlik tərəfindən "maddi yardım” adı ilə paketlərdə “fəal” müəllimlərə paylanılır. 

Bəlli olub ki, Havar Məmmədovun böyük biznes şəbəkəsi var. Həmin şəbəkənin işlədilməsi isə universitetin inzibati təsərrüfat işləri üzrə prorektor Abuzər Mirzəyevə tapşırılıb. Ona görə ki, Mirzəyev həm biznes sahəsində bacarıqlıdır, həm də rektorun qohumudur. 

Politika.Az xəbər verir ki, araşdırmalar zamanı Havar Məmmədovun zavodlarından biri aşkarlanıb. Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsal edilir. 

İllik dövriyyəsi orta səviyyədə olan, lakin tikinti bazarında tanınmış olan bu zavodun illik bir neçə milyon manat gəlir gətirdiyi deyilir. Həmin zavodda hər şey normal olsa da, təhlükəsizlik qaydalarına riyayət edilmədiyindən tez-tez qəzalar baş verir. 

Rektor Havar Məmmədovun "Saba Gars” avtomobil mərkəzinə və "MakroMarket” mağazalar şəbəkəsinə şərik olduğu xəbəri də var. 

Onu da deyək ki, universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıda bahalı villanın inşa edilməsinə sərf olunub. Havar Məmmədovun daha bir villasını aşkarlamaq mümkün olub. 

Belə ki, bu dəfə Heydər məscidinin yaxınlığında, «milyonçular məhəlləsi» deyilən ərazidə rektorun 3 mərtəbəli villası var. Xatırladaq ki, bir müddət əvvəl Havar Məmmədovun adı MTN işində keçmişdi. 

Onun tələbələrdən imtahanlar üçün pul yığılmasına göstəriş verdiyi deyilirdi. Keçid balı üçün tələbələrdən 200 manat alındığı iddiası vardı. 

Rektorun böyük biznesə girişdiyi, ləğv olunmuş MTN-in keçmiş generalları ilə əlaqələri oldğu xəbərlərdə yer alıb. Saytlar yazmışdı ki, rektor Çovdarova 3 milyon dollar ödəmək məcburiyyətində qalmışdı. 

Bildirək ki, rektor son açıqlamasında belə deyib: “Mən özüm rüşvətə qarşı barışmaz adamam, heç vaxt Qafqaz Universitetində belə bir hal ola bilməz”. Qarşı tərəfi dinəməyə hazırıq. 

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024