Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (31-08-2016, 18:11)
Bakıda Gülənə yaxın iş adamlarına qarşı DALĞA - İlk kim "vurulacaq"?

Bakıda Gülənə yaxın iş adamlarına qarşı DALĞA - İlk kim "vurulacaq"?


Azərbaycanda bəzi şirkətlərin də adı "gülənçilər”lə əlaqədə hallanır.

 

Mediatv.az xəbər verir ki, Musavat.com bu şirkətlərin sırasında "Mətanət-A”nın da adını çəkir. Məlumata görə, bu şirkət "gülənçilər”lə sıx əlaqədədir. Araşdırmalar nəticəsində bu məlumatın əsassız olmadığına dair şübhələnər yaranıb. Belə ki, internet resurslarında rast gəlinən materiallarda "Mətanət-A” şirkətinin adı "gülənçilər”ə məxsusluğu şübhə doğurmayan "Qafqaz” Universiteti ilə birgə çəkilir. Rəsmi məlumatlardan bəlli olur ki, "Mətanət-A” şirkəti vaxtaşırı "Qafqaz” Universitetinin layihələrinə sponsorluq edir, bu ali təhsil ocağının tələbələri tez-tez şirkətin qonağı olur və s. Araşdırmalarımız zamanı həmin tələbələrin şirkətə getmələrinin sirri də üzə çıxıb. Məlum olub ki, şirkətdə tələbələrə treninqlər keçirilib, onların mütəxəssis kimi yetişmələrinə dəstək verilib. Hətta "Qafqaz” Universitetini bitirən tələbələrin bir qismi "Mətanət-A” şirkətinə işə götürülüb. Bu da şirkətin "gülənçilər”lə əlaqədə ola biləcəyinə dair şübhələr yaradır. Bu baxımdan iddia olunur ki, sözügedən şirkətdə "gülənçi əməliyyatı” keçirilə bilər. Hökumətə yaxın qəzetlərdə də bu barədə geniş materialın dərc edilməsi şirkətin artıq hədəfdə olduğuna dəlalət edə bilər. Qeyd edək ki, bu şikət əsas xammalını Azərbaycanda istehsal etsə də, bəzi səbəblərdən Türkiyədən də xammal idxal etməyə məcburdur. İddia olunur ki, "Mətanət A”-nı əlavə xammalla təmin edən şirkət də "gülənçilər”ə aiddir. Qarşı tərəfin mövqeyini öyrənməyə çalışacağıq.

 

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024