Sosial / Slayd (22-08-2016, 11:34)
İcra başçısına görə yeniyetməni tutdular - Laçında
Həsənzadə Şamil Əsəd oğlu Laçın rayon Polis Şöbəsindən şikayətçidir
Mediatv.az xəbər verir ki, Politika.Az-a müraciətində vətəndaş qeyd edib ki, mağazaya çörək almağa gedərkən saxlanıb.
Onun sözlərinə görə, polis əməkdaşların saxlanmasının səbəini izah etməyiblər. Laçın RPŞ-nə gətirilən Ş.Həsənzadəni Aqşin adlı şöbə rütbəlisi qarşılayıb.
Ona deyilib ki, iki ay əvvəl “İnteraz”da şəhid evi haqda gedən yazını sosial şəbəkədə paylaşdığı üçün çağrılıb: “Soruşdular ki, niyə paylaşmısan? Dedim ki, demokratik ölkədə yaşayırıq və nə paylaşacağıma özüm qərar verirəm, kiminsə qanunsuz müdaxilə etmək hüququ yoxdur.
Aqşin möhkəm əsəbləşdi və izahat yazmağı tələb etdi. Dedi ki, qanun əlimizdədir, istəsək sənə 10 sutka həbs verərik. Ona görə dedi ki izahatında Laçın rayon İcra Hakimiyyətinin başçısı haqda yazdıqlarının şər olduğunu qeyd elə. Mən bundan imtina etdim. Ancaq hədə-qorxu gəldilər, təzyiq göstərdilər.
Onu da deyim ki, mən azyaşlıyam və 17 yaşlı adama təzyiq edirlər. Onlara xatırlatdım ki, azyaşlı gəncin valideynlərinin iştirakı olmadan polisə gətirilməsi qanuni deyil. Ancaq Aqşin müəllim öz “qanunlar”ı olduğunu dedi və məcburi şəkildə izahat yazdırıb sərbəst buraxdılar”.
Qarşı tərəfi dinəməyə hazırıq...