Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (8-08-2016, 10:34)
AQRAR UNİVERSİTETİNDƏ AQRO DÜŞƏRGƏ KEÇİRİLİB - FOTOLAR

AQRAR UNİVERSİTETİNDƏ AQRO DÜŞƏRGƏ KEÇİRİLİB - FOTOLAR

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” Proqramı çərçivəsində və “Kənd təsərrüfatı ili”-nin uğurla davam etdirilməsi məqsədilə Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində məktəblilər üçün iyulun 31- dən  avqustun 7-dək müddətdə  1-ci “Aqro düşərgə”  təşkil edilib.

Mediatv.az-a ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə düşərgənin əsas məqsədi aqrar sahənin perspektiv istiqamətləri haqqında  məktəblilərin bilik və bacarıqlarının artırılması, aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz məhsulun yetişdirilməsinin vacibliyini təbliğ etmək olub.

“Aqro düşərgə”-nin 50 nəfər iştirakçısı Bakı şəhərinin müxtəlif məktəblərində yaradılan “Ekoklublar”-ın fəal üzvlərindən seçilib.

“Aqro düşərgə”-nin rəsmi açılışında məktəblilər qarşısında Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Anar Hətəmov, elmi işlər üzrə prorektoru Nizami Seyidəliyev, aqronomluq fakultəsinin dekanı Məhərrəm İsmayılov və Azərbaycan Respublikası Təhsi Nazirliyi Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultan-zadə çıxış edərək ölkəmizdə aqrar sektorun inkişafının və gənc nəslin bu istiqamətə yönləndirilməsinin vacibliyi haqqında geniş fikirlər söyləyiblər.

         ”Aqro düşərgə”-nin təşkil olunmasında praktik məşğələlər üçün Universitetin "Zoobaytarlıq və Əmtəəşünaşlıq", "Aqronomluq" fakultələrindən və Yardımçı Təcrübə Təsərrüfatının bazasından istifadə olunub. Burada məktəblilərə heyvanların yetişdirilməsi, eksteryer bədən ölçülərinin öyrənilməsi, yemləndirilməsi, yoluxmayan daxili xəstəlikləri, baytarlıq cərrahiyyəsi haqqında nəzəri və praktik biliklər verilib, eləcə də, anatomiya, patoloji anatomiya muzeylərinə, akvarium və vivariuma baxış keçirilib. Laborator təcrübələrdə torpağın qiymətləndirilməsi, heyvandarlıq məhsullarının ekspertizası, qida məhsullarının istehsalı texnologiyalarıazərbaycan və rus bölmələrinin şagirdləri ilə birgə interaktiv qruplar şəklində öyrənilib.

Proqramın həyata keçirilməsində Azərbaycan Dövlət Aqrar Universitetinin  professor-müəllim heyətidən Telman İsgəndərov vəKönül Quliyeva (Baytarlıq), Urfan Turabov və Vüsal Mirzəyev (Heyvandarlıq və balıq məhsullarının istehsalı texnologiyası), Məhərrəm İsmayılov və Qurban Məmmədov (Bitkiçilik), Zaur Həsənov və Hüseyn İdrisov (Meyvəçilik və Bağçılıq), Zakir İbrahimov(Meşəçilik), Arif Hüseynov (Torpaqşünaslıq və Aqrokimya), Mehriban Aslanova (Qida məhsullarının istehsalı texnologiyası), Aidə Əsgərova (Qida məhsullarının ekspertizası) fəal iştirak ediblər.

         “Aqro düşərgə” müddətində məktəblilər kənd təsərrüfatı məhsullarının istehsalı texnologiyaları ilə "AzAgro" MMC-nin Gülçülük və Tərəvəzçilik təsərrüfatlarında qızılgülün və tərəvəz bitkilərinin yetişdirilməsi, "Gəncə Şərab-2" MMC-də müxtəlif sort üzüm bitkilərinin becərilməsi və şərab emalı, "Neon" firmasında un məmulatlarının hazırlanması proseslərində bilavasitə iştirakları təmin edilib.

Eyni zamanda, düşərgə üzvləri Nizami Gəncəvi məqbərəsinə və bir çox muzey komplekslərinə səfər edərək Gəncənin tarixi-mədəni irsi ilə yaxından tanış olublar, Şəmkir rayonunda yerləşən “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində asudə vaxtlarından səmərəli keçiriblər.

“Göygöl Milli Parkı”-na səyahət zamanı isə gənc ekoloqların Göygöl-Maralgöl marşurutu üzrə piyada yürüşü də maraqlı olub.

“Aqro düşərgə”-nin sonunda bütün iştirakçılar diplomlarla təltif olunublar.

 

AQRAR UNİVERSİTETİNDƏ AQRO DÜŞƏRGƏ KEÇİRİLİB - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ AQRO DÜŞƏRGƏ KEÇİRİLİB - FOTOLAR

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025