Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (23-07-2016, 16:32)
Şamaxılı şəhidlərin medalları valideynlərinə təqdim edilmişdir - FOTOLAR

Şamaxılı şəhidlərin medalları valideynlərinə təqdim edilmişdir - FOTOLAR

 

 

Şamaxıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 23-də “Milli ordumuz­ – milli qürurumuzdur” devizi altında vətənpərvərlik tədbiri keçrilmişdir.

Mediatv.az xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, rayon rəhbərləri, veteranlar, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

İlk öncə Azərbaycanın müstəqillyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev çıxışında Azərbaycan Silahlı Qüvvələrinin yaranması tarixindən, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğunda müstəsna xidmətlərindən və bu siyasətin bu gün də Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs etmişdir. Qeyd edilmişdir ki, Azərbaycan ordusu son illərdə daha da qüdrətlənib, maddi-texniki bazası möhkəmləndirilmiş, ən müasir texnika, silah-sursatla təchiz olunmuşdur. Vurğulanmışdır ki, bu gün Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyulan hər hansı döyüş tapşırığını yerinə yetirməyə tam hazır və qadirdir.

İcra başçısı aprel döyüşlərində ordumuzun şanlı qələbəsindən bəhs edərək bu döyüşlərin bir daha Azərbaycan dövlətinin qüdrətini, Azərbaycan ordusunun gücünü, xalqımızın həmrəyliyini, ölkə rəhbərliyinin qətiyyətini göstərdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycan əsgəri aprel döyüşləri zamanı qazandığı uğur və qələbələrlə xalqımıza zəfər sevinci yaşatmışdır. Həmin döyüşlərdə respublikanın digər bölgələrinin gəncləri, oğulları kimi Şamaxılı vətənpərvər igidlər də şəxsi rəşadət və şücaət göstərmişlər. Onlardan üç nəfəri şəhidlik zirvəsinə ucalmışdır.

Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin zabiti, Prezidentin fəxri təqüdçüsü, polkovnik Abdulla Qurbani orumuzun güc və qüdrətindən, Azərbaycan əsgərinin, Ali Baş Komandanın hər bir əmri ilə hər an döyüşə hazır olduğundan danışmışdır. Bildirmişdir ki, şəhidlərin intiqamı birə on qat alınır və bundan sonra da alınacaq, Azərbaycan əsgəri tezliklə xalqa qələbə sevinci yaşadacaqdır.

Polkovnik A.Qurbani şəhidlik zirvəsinə ucalan gənclərin təltifləri barədə məlumat verərək bildirmişdir ki, Şamaxı rayonunun Çuxuryurd kəndindən olan manqa komandiri Kaçayev Samir Ziyətdin oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə, rayonun Göylər kəndindən olan əsgər Səmədov Elşən Səlim oğlu və Şamaxı şəhərindən olan Zəkərəyev Nazim Nadir oğlu Azərbaycan Respublikası Prezidentinin adından müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuşlar.

Medallar tədbir iştirakçılarının alqışları altında şəhidlərin valideynlərinə təqdim olunmuşdur.

Şəhid valideynləri göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Sonra Abdulla Qurbaninin sözlərinə yazılmış mahnı və marşlar əsasında hazırlanan “Lələtəpə fatehləri”, “Bayraqtəpə qartalları” və “Qəhrəman Tərtərim” videoçarxları nümayiş etdirilmişdir.

Sonda Abdulla Qurbani müəllifi olduğu “Ruhumuzun qələbəsi naminə” və “Дважды герой советского союза Ази Асланов” kitablarını rayon icra hakimiyyətinə hədiyyə etmişdir.

 

 

Şamaxılı şəhidlərin medalları valideynlərinə təqdim edilmişdir - FOTOLAR
Şamaxılı şəhidlərin medalları valideynlərinə təqdim edilmişdir - FOTOLAR
Şamaxılı şəhidlərin medalları valideynlərinə təqdim edilmişdir - FOTOLAR

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
13 07 2025
13 07 2025
13 07 2025
13 07 2025
13 07 2025
13 07 2025