Sosial / Karusel (12-01-2016, 13:11)
İncəsənət Gimnaziyasında "rüşvət monitorinqi"
Respublika İncəsənət Gimnaziyasında növbəti pulyığma kampaniyası başlanıb.
Mediatv.az-a verilən məlumata görə, direktor müavini Zeynəb Cəfərova monitorinq adı altında bazar açıb.
Milli Konservatoriyanın tərkibində fəaliyyət göstərən təhsil ocağının direktor müavini işləyən Zeynəb Cəfərova siniflərdə monitorinq keçiriləcəyini bəyan edib. Bu məqsədlə şagirdlərin sıxışdırılması və pul tələsi oyunlara start verilib.
Odur ki, şagirdlərin valideynləri məktəblərə məcburi şəkildə gəlməyə vadar olur. Onlardan pul yığılmasının arxasında Z.Cəfərovanın dayandığı deyilir. Direktor müavini artıq müəllim və valideyn heyətinin qəniminə çevrilib. Valideynlər TİA.AZ-a şikayətində buna son qoyulmasını tələb edirlər.
Z.Cəfərovadan narazılıqlar artmaqdadır. Müavin haqda Təhsil Nazirliyinə, Milli Konservatoriya rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə şikayətlər göndərilməkdədir.
Bundan əvvəl xəbər vermişdik ki, Respublika İncəsənət Gimnaziyasında şagird qəbulunda alveri gücləndirib. Onun bazar tarifi 1000-1500 manat civarında dəyişir. Ötən ilin martında müavin vəzifəsinə təyin edilən Z.Cəfərova gələr-gəlməz öz istedadını nümayiş etdirib. Onun uşaq qəbulunda qoyduğu şərtlər isə direktorun da ürəyincə olub. Direktor bu prosesdə özüün iştirakı olmasın deyə müavini qabağa çəkib.
Mənbə bildirir ki, müavin isə yeni vəzifəsində məharətini göstərmək və daha çox qazanc əldə etmək üçün bu missiyanı yerinə yetirməkdən imtina etməyib. Əksinə, Cəfərova böyük şövqlə işini işcra etməkdədir. Üstəlik, gimnaziyanın müavini şagirdlərə qarşı kobud rəftarı ilə ad çıxarıb. Onun məktəbdə şagirdlərə qaba davranan dirketor müavini yalnız tələb etdiyi hesab ona çatanda güləriz müəllimə obrazında görünür.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.