Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (25-12-2015, 11:49)
Saatlıda əhali icra başçısına 3 gün vaxt verdi

Bahalıq rayonda qarşıdurmaya səbəb olub, dükan sahibləri ilə toqquşma halları yaşanıb 

Mediatv.az xəbər verir ki, manatın dəyərdən düşərək, bahalığa yol açmasının rayonlarda ciddi fəsadlara yol açacağı barədə hələ olayın ilk günlərindən məlumat vermişdik. Bildirmişdik ki, bir sıra rayonlarda yaranan qıtlıq və bahalıq insanları çıxılmaz duruma salıb və o səbəbdən də etirazlarını dillərinə gətirməyə başlayıblar. 

JAM.AZ xəbər verir ki, Saatlı rayonunda isə bahalıq səbəbindən əhali ilə dükan sahibləri arasında artıq ilk toqquşmalar yaşanıb. Rayondakı mənbələrdən daxil olan məlumatlara görə, bir neçə gün əvvəl Heydər Əliyev prospekti boyunca yerləşən dükan və marketlərin sahibləri ilə alıcılar arasında mübahisə yaşanıb. Məlumatda iddia edilir ki, dükan sahibləri manatın dəyərdən düşməsini əsas gətirərək, yerli məhsulları 50 faiz bahalaşdırıblar. Xüsusən unun bahalaşması insanların qəzəbinə səbəb olub. 

JAM.AZ-a daxil olan bilgilərdə vurğulanır ki, sakinlər dükan sahiblərindən möhtəkirlik etməmələrini tələb ediblər. Qiymətlərin rəsmi olaraq dəyişmədiyini və yeni qiymətlər gələnə qədər köhnə məzənnə ilə satışları davam etdirmələrini istəyiblər. Lakin yerli sahibkarlar bu tələbləri rədd ediblər. 

Məlumatlarda vurğulanır ki, vəziyyəti belə görən əhali ilə dükan sahibləri arasında toqquşma baş verib. Və ardından sahibkarlar dükanlarını bağlayaraq, satışı dayandırıblar. Bundan sonra isə camaat Saatlı İcra Hakimiyyətinin qarşısına toplaşaraq, icra başçısı Siraqəddin Cabbarovla görüşmək istəyiblər. Lakin ənənəvi olaraq icra başçısı onların qarşısına çıxmayıb. Belə olan təqdirdə, Saatlı camaatı da Cabbarova xəbərdarlıq ediblər ki, bahalıq səbəbindən baş verə biləcək hər hansı bir olaya görə məsuliyyət daşımırlar. Həmçinin onlar icra başçısına 3 gün vaxt veriblər ki, qısa müddət ərzində rayonda yaranmış durumu düzəltsin. 

JAM.AZ-a danışan sakinlər bildirirlər ki, Saatlı kasıb rayondur və əhalinin maddi imkanları da elə böyük deyil. O səbəbdən də bahalıq onlar üçün dözülməz vəziyyət yaradıb. Həmçinin ağrılı vəziyyət ondan ibarətdir ki, unun bahalaşması səbəbindən ala bilməyənlərin sayı hər gün artır. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024