Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-12-2015, 12:49)
Ziyarətgah yerləri ilə bağlı yeni qadağalar

trend_mubariz_gurbanli_110715_1

 

Azərbaycanda məscidlərlə yanaşı, ziyarətgahların da dini icması olmalıdır. Amma təəssüf ki, Azərbaycanda hazırda 700-ə qədər ziyarətgahın əksəriyyətinin icması yoxdur”.
Mediatv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardarandakı Rəhimə Xanım ziyarətgahı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
M. Qurbanlı qeyd edib ki, ora məscid yox, ziyarətgahdır: “Amma buna baxmayaraq, orada da qanunun tələbi ilə icma olmalıdır, lakin təəssüf ki, indiyə kimi olmayıb və qanunsuz fəaliyyət göstərib. Buranın da fəaliyyət göstərməsi üçün icma yaradılmalıdır”.
Komitə sədri bildirib ki, ümumiyyətlə, ölkədəki ziyarətgahlarla əlaqədar yeni qaydaların tətbiqinə ehtiyac var: “Ziyarətgahların hamısı yenidən qeydiyyata alınmalıdır, müəyyənləşdirilməlidir. Tarixi ziyarət yerləri var, bir də kimlərsə tərəfindən yol kənarında, haradasa yaradılan, tarixiliyə bağlı olmayan ziyarətgah deyilən yerlər var. Amma həqiqi tarixi ziyarətgah yerlərinin hamısının icması olmalıdır. Onları icma idarə etməlidir. Əgər icmaları olmayacaqsa, onların heç biri fəaliyyət göstərməyəcək. Çünki qanun buna icazə vermir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025