Sosial (10-12-2015, 16:02)
“Apar məni yurduma”
Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsində 08 dekabr 2015-ci il tarixdə Beyləqan rayon “Xalq” teatrının təqdimatında AYB-nin Beyləqan rayon bölməsinin sədri, yazıçı- dramatruq Asif Cəfərlinin “Apar məni yurduma” əsərinin tamaşası səhnəyə qoyulmuşdur.
Mediatv.az xəbər verir ki, “Apar məni yurduma” əsəri Qarabağ hadisələri zamanı bir ailənin başına gələn faciədən, ailənin keçirdiyi iztirablı və məşəqqətli günlərdən bəhs edir.
Əsərin ana xəttini vətənpərvərlik, yurdsevərlik, azərbaycançılıq, torpağa və dövlətə sədaqət təşkil edir. Tamaşada rolları tanınmış aktyorlardan Nazim Çıraq, Lalə Osmandızı, Yeganə Məmmədova və “N” saylı hərbi hissənin əsgəri- Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu Elməddin Məmmədov ifa etmişlər. Tamaşanın rejissoru Museyib İsmayılov, səs rejissoru Fizuli Məmmədovdur.
Tamaşaya “N” saylı hərbi hissənin zabit və əsgər heyəti ilə yanaşı, rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri ilə birğə rayon ictimaiyyətinin nümayəndəsi baxmışlar.
Tamaşa ictimaiyyət tərəfindən alqışlarla qarşılanmışdır.
Tamaşanın Yeni ilə qədər hərbi hissələrdə və ümumtəhsil məktəblərində nümayişi nəzərdə tutulmuşdur.
