Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-11-2015, 13:22)
Fazil Məmmədov işdən çıxarılıb?

Vergilər nazirinin işdən götürülməsinə dair xəbər yayıldı

Nazirliyin əməkdaşı isə Fazil Məmmədovun öz işinin başında olduğunu bildirir

 

 Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov işdən azad edildiyinə dair mediada xəbərlər yayılıb.

Mediatv.az xəbər verir ki, İstiqlal.az saytı yazır ki, prezident bu barədə sərəncamı G20 (“böyük iyirmilik”) ölkələri liderlərinin Antalya sammitinə yola düşməmişdən öncə imzalayıb. 
 
Saytın açıqlamadığı mənbənin dediklərinə əsasən yaydığı məlumata görə, vergilər naziri postuna təyinat da olub: “Yeni vergilər naziri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevdir. Hazırda Vergilər Nazirliyində təhvil-təslim prosesi gedir. Vergi xidməti spesifik təsisat olduğundan burada izafi problemlərinin yaranmaması üçün vergilər nazirliyi postuna dərhal təyinat olub. Burada təhvil-təslim prosesi başa çatandan sonra – yaxın 1-2 gündə sözügedən sərəncamlar ictimaiyyətə elan ediləcək”.
Mənbənin sözlərinə görə, vergilər naziri və onun müavinlərinin adı "MTN işi"də keçməsi də sərəncamların ictimaiyyətə elan olunmasını yubadan səbəblərdən biridir: "Vergilər Nazirliyinin rəhbərliyinin ətrafında da xüsusi əməliyyatlar aparılır. MTN-də olduğu kimi burada da xüsusi təmizləmə əməliyyatı aparılacaq, rəhbərlik tam yenilənəcək. İş adamlarından olan şikayətlərin əksəriyyəti vergi xidmətinin payına düşür. Prezident Antaliya sammitindən qayıtdıqdan sonra sərəncamlar rəsmən elan ediləcək."
 Fazil Mәmmәdov  1964-cü ildә Şamaxi rayonunda anadan olub. 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib.
1987-1989-cu illәrdә Gәncәdә Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vә Bakı Sәnaye- Tikinti Bankının Әmәliyyat İdarәsindә iqtisadçı vәzifәlәrindә çalışıb. 1989-cu ildәn 1993-cü ilә qәdәr Maliyyә-Kredit texnikumunda müәllim, kafedra müdiri işlәyib.
1993-cü ildә "Ünsal" Kommersiya Bankı İdarә Heyәtinin sәdri seçilib. 1994-cü ildә Aqrar Sәnaye Bankının Şәmkir şöbәsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illәrdә Dövlәt Gömrük Komitәsinin Maliyyә-Tarif vә Valyuta Nәzarәti Baş İdarәsi rәisinin müavini vә rәisi, hәmin sahә üzrә Gömrük Komitәsi sәdrinin müavini vәzifәsindә çalışıb.
1999-cu ildə Baş Dövlәt Vergi Müfәttişliyinin rәisi, 2000-ci ildə Vergilәr Naziri tәyin edilib.
Elman Mehdiyev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmişdir. 1994-1996-cı illərdə Dövlət vergi xidməti orqanlarında çalışıb. 
1996-2003-cü illərdə Azərbaycan Maliyyə Nazirliyində idarə rəisinin müavini vəzifəsində işləyib.
2003-cü ildən Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsində çalışıb. 
Azərbaycan Prezidenti İlham Əliyevin 10 iyul 2009-cu il tarixli sərəncamı ilə Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini təyin edilib və Fondun sədri təyin olunan müddətə kimi həmin vəzifədə çalışıb. 2013-cü ildə fondun sədri təyin edilib.
Vergilər Nazirliyinin analtik-informasiya şöbəsinin əməkdaşı Şahin Məmmədovun Musavat.com-a verdiyi açıqlamada bildirib ki, bu cür məlumatlara elektron mediadan tanışdırlar, ancaq belə bir dəyişiklik yoxdur, nazir Fazil Məmmədov öz iinin başındadır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 05 2025
12 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025