Mediatv.az AZAL-ın mətbuat xidmətinə istinadən bildirir ki, reyslərin ləğv olunmasına səbəb kimi onların rentabelli olmadığı bildirilir: “Sərnişinlər bu reyslərdən kifayət qədər istifadə etmədiyi üçün həmin reyslər ləğv olunacaq. Artıq bu səbəbdən Bakı-Qəbələ-Bakı istiqamətində uçuşlar həyata keçirilmir”.
Qeyd olunub ki, Bakı-Gəncə-Bakı istiqamətində uçuşlar isə noyabrın 21-də ləğv ediləcək.