Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (9-12-2015, 23:21)
YARDIMLININ YARDIMA EHTİYACLI KƏNDİNDƏ "FAYDALI QAZ"-ÖZƏL

 YARDIMLININ YARDIMA EHTİYACLI KƏNDİNDƏ "FAYDALI QAZ"-ÖZƏL

 

 

Qurani –Kərimdən bəllidir ki, Allah-təala dağları Yerin möhkəmliyini təmin etmək üçün mismarlar kimi yaradıb. Aysberqin görünməyən tərəfi suyun üzərindəki hissəsindən daha böyük olduğu kimi, dağların da kökü dərinə işləyir. Elə meşələrin də yeganə funksiyası “təbiətin ağciyəri” olmaq deyildir. Çayların kənarında əkilən ağaclar (şelf) sahilbərkidici funksiya yerinə yetirir.

Rayondan Mediatv.az-a verilən məlumata görə Masallı – Yardımlı şosse yolunun 21-ci kilometrliyində, Yardımlı rayonunun Tilə kəndi ərazisində meşə massivi məhv edilir. Dağ qayaları ekskovatorlar vasitəsilə qazılır, çıxarılan torpaq, qoparılan süxurlar iritonnajlı yük maşınları ilə harasa daşınır. Bu kimi dağıdacı fəaliyyətin isə nəticəsi məlumdur: Torpaq sürüşməıləri baş verir, yol nahiyəsi bunca ağır yük maşınları üçün nəzərdə tutulmadığından asfalt örtüyü dağılır. Faktiki olaraq bu qeyri-leqal biznes Tilə kəndi ilə rayon mərkəzi arasındakı əlaqəni kəsir. Baiskarlara nifrin yağdıran kənd sakinləri deyirlər ki, bütün bu işlərə Yardımlı rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Əli Əliyev rəvac verir.bu işin dalında duran isə hamının yaxşı tanıdıgı oliqarxlardan biridir. Həmin məmurların kimliyi artıq tərəfimizdən müəyyənləşdirilib və aparmaqda olduğumuz son dəqiqləşdirmələrdən sonra həmin şəxslərin adlarını açıqlayacağıq. Baş verənlər bir sıra suallları meydana çıxarır: Görəsən, bu yereşənlərin fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılıbmı? Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin bundan xəbəri varmı? Bəs görən Yardımlı rayon İcra Hakimiyyyətinin başçısı hara baxır? Torpaq qazıyan ekskovtorlar görən hansı idarənin balansındadırlar? Etibarlı mənbələr xəbər verir ki, hələ 30 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yardımlı şəhərində Heydər Əliyev Mərkəzində Yardımlı və ətraf rayonların sakinlərinin və həmin zonada məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirərkən, haqqında söz açdığımız problemlə bağlı Tilə kənd sakinləri cənab nazirlə görüşüb dərdlərini ətraflı izah etməyə çalışıblar. Lakin onların nazirə yaxınlaşmaq cəhdinin qarşısı alınıb. Görünür, Tilənin torpağa bağlı sakinlərindən savayı heç kəs problemin həllində maraqlı deyildir. Sözügedən məsələyə “Azəryolservis” ASC-nin rəhbərliyinin də diqqətini yönəltməyə çalışacağıq. Bu da müəmmmadır ki, niyə vergi orqanları heç kəsdən gizlənməyən, açıq-aşkar “kölgəli iqtisadiyyat” nümunəsi olan fəaliyyət növündən əldə olunan gəlirləri vergiyə cəlb etməyə çalışmırlar. Zənnimizcə, bu problemi ictimai müzakirəyə çıxarmaq, bütün cəmiyyətin diqqət mərkəzinə gətirmək, talançılardan hamılıqla hesab sormaq lazımdır.

Mediatv.az

 YARDIMLININ YARDIMA EHTİYACLI KƏNDİNDƏ "FAYDALI QAZ"-ÖZƏL
YARDIMLININ YARDIMA EHTİYACLI KƏNDİNDƏ "FAYDALI QAZ"-ÖZƏL
YARDIMLININ YARDIMA EHTİYACLI KƏNDİNDƏ "FAYDALI QAZ"-ÖZƏL
YARDIMLININ YARDIMA EHTİYACLI KƏNDİNDƏ "FAYDALI QAZ"-ÖZƏL

Mediatv.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024