Sosial (6-11-2015, 14:07)
ADAU TƏLƏBƏLƏRİ SOSİAL ÇƏTİNLİK YAŞAMIR- FOTOLAR
İki ildir Azərbaycan Dövlət Aqrar Universitetin ikinci növbədə oxuyan tələbələri dərsdən sonra müəyyən edilən ünvana təhsil müəssisəsinə məxsus avtobuslarla aparılır.
Mediatv.az-a ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə ölkə ərazisində qış rejimi tətbiq edildikdən sonra qaranlıq daha tez düşür. Nəzərə alsaq ki, ADAU-da sonuncu dərs 19-50 də bitir, deməli, tələbələr yaşadıqları ünvana qaranlıqda getməyə məcburdur. Soyuq havada qaranlıq küçələrdə yol getmək təbii ki, tələbələr üçün elə də xoş deyil. Şəhərin müxtəlif istiqamətlərində yerləşən 5 tədris korpusundan mərkəzə gəlib ordan da yaşadıqları ünvana getmək həm vaxt itkisi, həm də əlavə xərc olaraq tələbə üçün problemə çevrilirdi. Bunu nəzərə alan universitet rəhbərliyi iki ildir tələbələrin bütün tədris korpuslarından mərkəzə daşınmasını öz avtobusları ilə həyata keçirməyə qərar verib. Bu da təbii ki, böyük razılıqla qarşılanıb.
Tələbələrin də dediyi kimi rektorluq tərəfindən nəqliyyat qayğılarının həlli onlara bir neçə variantda sərflidir. Tələbə vaxt itirmir, nəqliyyata ayırdığı vsait özünə qalır, soyuqda əziyyət çəkmir, baş verə biləcək hər hansı təhlükədən qorunur.
Demək yerinə düşər ki, Gəncə ali və orta ixtisas müəssisələri arasında yalnız ADAU da tələbələr üçün belə bir şərait yaradılıb.
