Sosial / Slayd (10-11-2015, 16:00)
BİLƏSUVAR KEÇİDİNDƏ MÜSAFİRLƏ NƏQLİYYAT DİSKRİMİNASİYASINA MƏRUZ QALIRLAR-ÖZƏL
İran-Azərbaycan sərhədində 4 sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Bunlar Biləsuvar, Şahtaxtı-Poldəşt, Astara və Culfa məntəqələridir. Hazırda Azərbaycan və İran arasında Aslandüz-Horadiz beşinci sərhəd-keçid məntəqəsinin açılması üzrə də razılıq əldə olunub. Oktyabrın 9-10-da Azərbaycanın və İranın Astara şəhərlərində Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə Azərbaycan və İran nümayəndə heyətləri arasında keçirilmiş görüşlər zamanı razılıq əldə edilmiş razılığa əsasən, yaxın vaxtlarda Astara və Biləsuvar sərhəd-keçid məntəqələrində 24 saatlıq fasiləsiz iş rejiminin tətbiqinə başlanılacaq. Ancaq bütün bu danışıqlar, saziş və müqavilələr nə qədər təkmil olursa – olsun, Azərabycan gömrük məntəqələrində hökm sürən korrupsiya hüquqpozmalarına son qoya bilmir. Bu sətirlərin müəllifinin öz başına gələnlər bu mənfi tendensiyanın hələ də davam etdiyini göstərir: Biləsuvar gömrük məntəqəsində (“Qoşa Təpə”) tam özbaşınalıq hökm sürür. İran İslam Respublikasına səfər edən həmvətənlərimiz “öz” gömrükçülərimiz tərəfindən süni surətdə yubadıldıqlarından, keçiddə hər gün növbəyələrdən gileylənirlər. Kim olduqları, hansı idarəni təmsil etdikləri bilinməyən qoçular hər avtomobil sahibindən 1 (bir) manat dayanacaq haqqı alırlar. Beləliklə, gün ərzində qeyri-qanuni olaraq, toplam 5-6 yüz manat civarında, ayda isə təxminən 15-18 min manat pul toplanır ki, bunun da kimin cibinə axdığı məlum deyil. Süni surətdə yaradılan uzun-uzadı növbənin tənzimlənməsində ədalətsizliyə yopl verilir, gömrükçülərlə “dil tapanlar” vaxt itirmədən önə keçirilirlər. Bundan başqa, Sərhəd Xidməti popstunu adlayandan sonra piyadaların gömrük məntəqəsinə yetişənədək qət etməli olduqları təqribən 200 metrlik məsafəni qısaltmaq üçün təklif olunan sınıq-salxaq “Qazel”lərin də kimə işlədikıləri sirrdir. Bu sərnişin mikroavtobusları gedən baş müsafirlərə “havayı” xidmət göstərsələr də, qayıdan baş 1(bir) manat yol pulu alaırlar. Gedən isə mütləq qayıtmalıdır əlbət. Başqa sözlə, adambaşına 50 qəpik gediş haqqı alan bu nəqliyyat vasitələrinin də kimə məxsusluğu, qazanclarından dövlətə vergi ödəyib-ödəmədikləri müəmma olaraq qalır. Ümumiyyətlə, bu xidmət növünü göstərmək imkanı nəqliyyatçı firmalara açıq elan edilibmi? Bu xidmət bazarına istənilən şirkət girə bilərmi, daha komfortlu, daha keyfiyyətli və ucuz xidmət təklif edəbilərmi? Azad rəqabət təmin olunubmu? Bütün bu suallar açıq qalıb. Fərqli olaraq, İran tərəfində keçiddə müsafirlər heç bir problemlə, süni maneə ilə, vaxt itkisi və əlavə xərclərlə üzləşmirlər.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.