Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (19-10-2015, 12:52)
Afaq Bəşirqızının övladı nazir oğlunun şirkətinə rəhbər gedib

Xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzovun  iş adamı, Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus “M Trans” MMC-yə rəhbər gətirilməsi xəbəri yayılıb.

 

Mediatv.az-ın məlumatına görə, Afaq Bəşirqızının xəbərə reaksiyası çox sərt olub. Xalq artisti Modern.az saytına açıqlamasında bu xəbəri tirajlayanları qınayıb:

 

“Kimin ağlına nə gəlir yazır. Utanmırlar, ayıbdır axı... Mən yaradıcı insanam, yubileyə hazırlaşıram. Səhərdən yalan informasiyayla bağlı nə qədər jurnalistə cavab vermək məcburiyyətində qalmışam”.

 

A.Bəşirqızı deyib ki, oğlu sözügedən şirkətdə çoxdan çalışır: “Mənim oğlum çoxdan həmin şirkətdə çalışır. Amma rəhbərliyə gətirilməsi doğru deyil. Mən onun anasıyamsa, bundan xəbərim yoxdursa, hansı “ağıllı” bunu bilib tez də tirajlayıb?!  Mən anlamıram o informasiyanı verən adamın ağlı başındadırmı. Bu doğru məlumat deyil, son qoyun buna, vəssalam”.

 

*** 

 

Qeyd edək ki, səhər saatlarında nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus "Qarant Holdinq"ə daxil olan şirkətlərdən biri - "M.Trans" MMC-nin rəhbərliyində dəyişiklik baş verdiyi xəbəri yayılıb. 

 

Bu barədə "Azərfaks"a Nəqliyyat Nazirliyindəki mənbə məlumat verib.

 

Məlumata görə, avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirən "M Trans" MMC-yə bir neçə gündür ki, xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov rəhbərlik edir.

 

Onun hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinə və ölkənin əksər rayonlarındakı avtovağzallara da nəzarət etdiyi deyilir. Mənbə bildirib ki, sözügedən MMC-yə bundan əvvəl nəqliyyat naziri Ziya Məmmədovun qohumları - qardaşı və baçısı oğlanları rəhbərlik edib. İndi "M Trans"ın başına xalq artistinin oğlunun keçməsi şirkət işçilərinin də təəccübünə səbəb olub.

 

S.Təhməzovun nəqliyyatçı olmadığını deyən mənbə onun polis orqanlarında çalışdığına dair məlumatlar dolaşdığını bildirib və əlavə edib ki, bu təyinatın konkret olaraq Məmmədovlara aidiyyətinin olub-olmadığı məlum deyil. Mənbənin sözlərinə görə, "M Trans" MMC-nin fəaliyyəti hazırda araşdırma predmeti olduğundan S.Təhməzovun şirkətə rəhbərlik etməsinin Məmmədovların iradəsinə söykənmədiyini də ehtimal etmək olar: "Bu barədə konkret nəsə demək çətindir. Çünki hazırda nəqliyyat sistemində çox qarışıq bir vəziyyət yaranıb".

 

Qeyd edək ki, "M-Trans" Məhdud Məsuliyyətli Cəmiyyəti 14.10.2003-cü il tarixdə 0103-P31-38580№-li şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

 

"M-Trans" MMC fəaliyyətinin əsas istiqamətini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən "Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün" verilmiş lisenziyalar əsasında şəhərlərarası və beynəlxalq sərnişin daşınmaları təşkil edir.

 

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün "M-Trans" MMC-yə müvafiq lisenziyalar verilib.

 

2005-ci ildən isə "M-Trans" MMC avtovağzal xidməti də göstərir. Şirkət Bakıdan Respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri təşkil edir. Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə yanaşı, Ucar, Ağsu, Quba və sairə rayonlarındakı avtovağzallar da "M Trans" MMC-nin nəzarətindədir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024