Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (17-10-2015, 17:14)
Hacı İbrahimin “qaçış planı” baş tutmadı

ibrahimBandotdel”in saxladığı digər biznesmenlər kimi mənim də, xaricə çıxışıma qadağa qoyulub. Ancaq həmin qadağanın nə zaman aradan qaldırılacağı barədə bizə məlumat verilmir. Yalnız Azərbaycandan xaricə getmək istədiyimiz zaman bizə bildirilir ki, siz Azərbaycan sərhədlərini tərk edə bilməzsiniz”. 

Mediatv.az xəbər verir ki, bunu ANS PRESS-ə açıqlamasında adı qalmaqallarda hallanan biznesmen Hacı İbrahim Nehrəmli dedi.
Onun sözlərinə görə, məhz buna görə də, Çin Xalq Respublikasından “Xəzər Adaları” layihəsinə cəlb etdiyi iş adamları ilə görüşə bilmiyib: “Mən layihəyə pul yatıracaq biznesmenlərlə görüşmək və orada ortaq şirkət qurmaq üçün Çinə getmək istəyərkən məlum oldu ki, xaricə çıxa bilmərəm. Ona görə də Londonda təhsil alıb qayıdan 21 yaşlı oğlum Hüseynə cəkalətnamə verdim ki, məni orada təmsil eləsin. Ancaq işlər yekunlaşdığı zaman qadağa aradan qalxsa özüm son müqaviləni imzalamaq üçün gedəcəm”.

Nehrəmli həmçinin işçilərinin maaşını verə bilməməsinə də aydınlıq gətirdi və dedi ki, bu həqiqi məlumatdır:”Mənim şirkətlərimdə hazırda 5 min işçi çalışır. Son iki ayda həmin işçilərin maaşlarında problem yaranıb. Buna da səbəb maddi sıxıntılara düşməyimdir. İşçilər isə səbr edə bilmədi. Onlardan elələri varki 300 manata görə bütün bu narahatçılıqlara səbəb olur. Lakin yaxın zamanlarda, daha doğrusu gələn həftənin sonuna qədər bütün işçilərin məvacibləri ödənəcək“.

İş adam “Avesta Konserni”nin məhkəməyə verilməsi məsələsini cavablandırarkən isə bildirib ki, belə bir məsələ var, lakin səbəbləri ilə heç maraqlanmayıb. Bir müddət əvvəl də Hacı İbrahim Nehrəmlinin Mənzil Tikinti Kooperativlərindən birini Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən məhkəməyə verilmişdi. Buna səbəb isə Şirkətlə FHN-nin müvafiq qurumu arasında 32 min manatlıq bir mübahisə yaranması olmuşdu.

3yuXatırladaq ki, bir müddət əvvəl  Hacı İbrahim Nehrəmli ilə Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Cian Cunlə müqavilə imzaladığını bəyan etmişdi. İddia edirdi ki,  adıçəkiləm şirkət FANTASTİK “Xəzər adaları” layihəsinə ilkin olaraq 3 milyard dollar, ümumilikdə isə 15 milyard dollar investitsiya yatırmağa razılaşıb. Guya Çinin adıçəkilən şirkəti “Xəzər adaları” layihəsinin bir adasına 3 milyard dollar dəyərində vəsait yatıracaq, sonrakı illərdə isə mərhələ-mərhələ digər adalara da investisiya yatırımları reallaşdıracaq.

Hələ bu müqavilə imzalanarkən “AzPolitika.info” İbrahim Nehrəmlinin “Xəzər adaları” layihəsi ilə bağlı indiyədək söylədiklərinin heç 1 faizinin belə reallaşmadığını əsas götürərək, bu xəbərin də doğru olduğunu şübhə altına almış, hətta mümkün olmadığını bildirmişdi. Bununla bağlı elə müqavilə imzalanan gün saytımızda “HACI İBRAHİMİN 3 MİLYARDLIQ YENİ NAĞILLARI VƏ HƏQİQƏTLƏR” başlıqlı yazı dərc olunmuşdu. Maraqlananlar baxa bilər, təkrarlamaq istəmirik.
Həmin yazıda Nehrəmlinin yeni tərəfdaşının ofşor şirkət olduğunu bildirmişdik. Belə ki, Çin Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkəti adlanan (Milli sözünü bizimkilər əlavə edib) şirkət 2010-cu ilin dekabrında Böyük Britaniyanın yurisdiksiyasında olan Kayman adalarında qeydiyyatdan keçib. Honkonq birjasında bu şirkət haqqında heç bir məlumat yoxdu. Özünün saytında isə son maliyyə hesabatı 2012-ci ilə aiddir. Milyardlarla investisiyadan dəm vuran şirkətin hansısa iri bir layihədə iştirakına dair isə ümumiyyətlə məlumat yoxdu.
Bu cür ofşor zonalarda yaradılan şirkətlərin isə bir çox hallarda fırıldaq layihələri leqallaşdırmaq, çirkli pulların yuyulması ilə məşğul olduğu hər kəsə məlumdur. Bəzən iş adamları yerli ictimaiyyəti aldatmaq üçün də bu cür şirkətlərlə yalançı, heç bir real əhəmiyyəti olmayan müqavilələr bağlamaq üçün istifadə edirlər. Elə bu səbəblərdən adıçəkilən şirkətin də Hacı İbrahimlə “razılıq” əsasında sözügedən müqaviləyə imza atdığını da istisna etməmişdik. Beynəlxalq Banka 430 milyon, digər banklara, şirkətlərə və işçilərinə 100 milyonlarla borcu olan İbrahim Nehrəmlinin belə bir müqaviləni ölkədən çıxmağa zəmin hazırlamaq məqsədilə imzaladığını da istisna etməmişdik. Belə ki, İbrahim Nehrəmlinin çinli iş adamı ilə imzaladığı müqaviləsinə dair açıqlamasındakı bir məqama diqqəti cəlb etmişdik. Hacı İbrahim demişdi ki, müqavilə şərtlərinə əsasən, şirkət “Xəzər adaları” ilə bağlı satış işini Çində və Honkonqda həyata keçirəcək: “Bununla əlaqədar mən sentyabrın 20-dən sonra Honkonqa səfər edəcəm. Çünki MƏNİM yaxın günlərdə ən azı bir həftəlik müddətə Honkonqa SƏFƏR ETMƏYİM məsələsi bu gün imzaladığımız müqavilədə ŞƏRT KİMİ İRƏLİ SÜRÜLÜB. Müqaviləyə uyğun olaraq, biz Honkonqda və Azərbaycanda birgə şirkət yaradacağıq və “Xəzər adaları” layihəsi isə həmin birgə şirkət üzərindən idarə olunacaq.”
Yəni, İbrahim Nehrəmlinin sözlərindən belə çıxırdı ki, o, yaxın günlərdə Honkonqa səfər etməsə, müqavilənin əsas şərtlərindən biri pozulacaq. Bu da bütövlükdə müqavilənin baş tutmaması deməkdir.

1431678994100 milyonlarla kredit borcu olan,  bu səbəbdən  ölkədən leqal və qeyri-leqal yollarla çıxışının qarşısı alınan Hacı İbrahimin, sözügedən müqaviləni məhz ÖLKƏDƏN ÇIXMAĞA İCAZƏ ALMAQ üçün imzaladığını da  istisna etməmişdik. Ancaq hüquq-mühafizə orqanlarının Hacının bu hiyləgər gedişinə aldanmasının inandırıcı saymamışdıq.

Göründüyü kimi, bizim təxminlərimiz doğru çıxdı. Sentyabrın 20-dən sonra Honkonqa səfər etməyin şərt olduğunu iddia edən Hacının  göstərdiyi tarixdən təxminən 1 ay  keçib.  Lakin Hacının özünün də dediyi kimi  Azərbaycanı tərk etməsinə icazə verilməyib. Yəni,  hökumət də bizim kimi onun səmimiyyətinə inanmayıb. Hər halda ağlı başında olan adam üçün ilin-günün bu vaxtı hansısa ofşor şirkətin qeyri-real, heç bir perespektivi olmayan layihəyə 15 milyard yox, heç 15 qəpik də qoymayacağını görməsi elə də çətin deyil.
Onun da qeyd edək ki, yayılan məlumatlardan belə məlum olur ki, iş adamının ölkədən qaçmağın yollarını aramasının səbəbi təkcə banklara olan borcu deyil. Belə ki, son dövrlər işçilərinin əmək haqqı tələbindən bezən Nehrəmlinin borclu olduğu şirkətlərin də pul tələbi ilə də üzləşdiyi bildirilir. “Avesta Konserni” MMC-nin əməkdaşlarından birinin verdiyi məlumata görə, İbrahim İbrahimovun “Holcim Azərbaycan” ASC və ““Akkord Sement”ə olan borcu 400 milyon manata yaxındır. Həmin şirkətlər də artıq İbrahim Nehrəmlidən borcunu tələb edir.
Bundan əlavə onun “Aliye Technolgy”, “Baku Roofing Company”, “Sobsan”, “Shell”, “Osmanlı Makina”, “Azcam Balkon” kimi onlarla şirkətə və çoxsaylı fiziki şəxslərədə külli miqdarda borcunun olduğu bildirilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024