Sosial (14-10-2015, 22:34)
Ünvanlı sosial yardım yeni metodlarla hesablanacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardıma ehtiyacı olanların qiymətləndirilməsinin yeni metodunu tətbiq edəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin məlumatına görə, gələcəkdə ünvanlı sosial yardıma ehtiyacı olanların qiymətləndirmə kriteriyalarından birinin onların mobil rabitə xidmətləri üzrə xərcləri olacaq.Bu, vahid elektron müraciət sisteminin təkmilləşdirilməsi və təyinatdan (VEMTAS) sonra mümkün olacaq.
MHM və nazirlik arasında təşkil ediləcək informasiya mübadiləsi quruma Sim-kart sahibinin cari və illik borcu barədə məlumat almağa, bu dövr ərzində onun sahib olduğu digər Sim-kartlar üzrə borc və xərclərini yoxlamağa imkan verəcək.
Bu prosesin avtomatlaşdırılması borcluların kredit qabiliyyətinin qiymətləndirilməsi baxımından banklara da maraqlı olacaq.
