Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (22-11-2015, 13:01)
“Bank Standart”dan növbəti şikayət-özəl

Borcu məhkəmə tərəfindən müəyyənləşdirilmiş müştərilərin də “soyulması” davam etdirilir

Mediatv.az xəbər verir ki, son vaxtlar bankların soyğunçu fəaliyyəti ilə bağlı məlumatlar artmaqdadır. “Bank Standart” Kommersiya Bankı Səhmdar Cəmiyyəti barədə də xoşagəlməz xəbərlər dolaşır. Bankın xidmətindən gileylər, müştərilərin narazılıqları çoxalmaqdadır. Bu qəbildən olan şikayət ərizələrindən biri də  redaksiyamıza daxil olmuşdur.

 Əlyar Babayev yazır ki, 2012-ci ildə həyat yoldaşının adına adı çəkilən bankın Yasamal rayon filialından ipoteka ilə avtomobil almaq üçün kredit götürüb. Hər ay 800 (səkkiz yüz) manatı qaytarılmaq şərtiylə götürülmüş 12373 (on iki min iki yüz yetmiş üç ) manat təşkil edən kreditin 1500 (bir min beş yüz) manatını bankda kəsiblər. Müştəri buna etiraz edəndə  ona vəd ediblər ki, irəliləyən ayların ikisinin pulunu bank özü məqsədəuyğun hesab etdiyi vaxtda ödəyəcək. Müştəri vaxtlı-vaxtında aylıq ödənişləri həyata keçirsə də, son aylarda gecikmələr yaranıb. Babayav bankın işçilərinə həmin 1500 manatı xatırlatmalı olub. Qulaqardına vurduqlarına görə başa düşüb ki, həmin pulu rüşvət olaraq saxlayıbmışlar. Bank tərəfindən məhkəməyə verilən Babayev borclu çıxarıldığı 2023 man. 87 qəp. pulu və üstəgəl, 30 man. kəsilən cəriməni məhkəmə qərarına hörmətlə yanaşaraq ödəməli olub. Ödənişi keçən ayın 23-də həyata keçirən Babayev hələ də maşını götürə bilmir. Bu azmış kimi bank ondan əlavə olaraq 379 (üç yüz yetmiş doqquz) manat pul istəyir.

Qəribədir, məhkəmə müəyyənləşdirdiyi borc haqqında qətnamə çıxarandan sonra faiz hesablanmasını dayandırmalı olan bank necə olur ki, müştəridən əlavə pul tələb edir?  Elə bu sualla Babayev sözügedən bankın Baş İdarəsinin müvafiq şöbəsinə  müraciət etmək istədikdə, onu yaxına buraxmayıblar. Təəssüf doğurucu haldır ki, möhtərəm Prezidentimiz hazırki iqtisadi təbəddülatlar şəraitində əhalini incitməməyi bütün strukturlarda çalışan vəzifəli şəxslərə göstəriş versə də, Bank Standart vətəndaşlara qarşı soyğunçu siyasət həyata keçirir.  

 

Xatırladaq ki, az öncə (avqust ayında) fəaliyyətində yol verdiyi hüquqpozmalarla bağlı şikayətlər  artdıqca artan bu bankın haqsızlığına məruz qalan milliyyətcə rus Svetlana Pavlovna Məhəmmədovanın harayı ərşə çıxmışdı: “Standart bankın qarşısında özümü yandıracağam. Müavini deyir ki, bu məsələni yalnız sədr həll edə bilər. Sədr isə heç kimi qəbul etmir. Prezidentimizdən və onun xanımı Mehriban Əliyevadan kömək gözləyirəm. Məni üzləşdiyim bu faciədən onlar qurtara bilərlər”.

Mediatv.az

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
28 05 2025