Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (18-09-2015, 16:22)
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN MÜƏLLİMİ AKADEMİK PALMA ORDENİ İLƏ TƏLTİF OLUNDU

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN MÜƏLLİMİ AKADEMİK PALMA ORDENİ İLƏ TƏLTİF OLUNDU

  17 sentyabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Baş binasının akt zalında prorektorların, dekanların, Xarici dillər fakültəsinin tabeliyində olan  kafedra müdirlərinin, Fransız dili kafedrasının müəllimlərinin, fransız dili müəllimliyi ixtisasında  təhsil alan tələbələrin iştirakı ilə Fransa Respublikasının  Azərbaycandakı səfiri cənab Paskal Mönye ilə görüş olmuşdur Görüşdə səfirliyin əməkdaşlıq və mədəniyyət üzrə müşaviri Yoan Şiterer və  əməkdaşlıq və mədəniyyət üzrə attaşe Vansan Lorenzini də iştirak etmişdir.

Mediatv.az xəbər verir ki, Görüşü giriş sözü ilə açan pektor professor Yusif Yusibov qonaqları salamlayaraq ilk növbədə bildirdi ki, Azərbaycan Respublikasının müstəqilliyini tanıyan dövlətlərdən məhz ikincisi Fransa olmuşdur. Bu da təsadüfi deyil.  Azərbaycan Fransa əlaqələrinin öz tarixi var. Hal-hazırda da  bu əlaqələr hər sahədə xoş məramla davam etdirilir.

Hər iki dövlət arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsuində Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolu xüsusilə vuğulandı.

Rektor qeyd etdi ki,  bu əlaqələrin bizim universitetdə də  öz bəhrəsini verməsi olduqca sevindirici haldır.Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden  Universitetləri ilə  əməkdaşliğimiz genişlənməkdədir.1970-ci ildən fəaliyyət göstərən Beynəlxalq Frankofoniya Təşkilatı tərəfindən təsis edilən,  fransız dilini və mədəniyyətini sevdirməyə, təbliğ etməyə xidmət göstərən Frankofoniya (fransız dili günləri) kimi qeyd olunan və dünyanın 53 ölkəsində keçirilən bu bayram hər il  bizim Universitetdə də  fransız dilinə, mədəniyyətinə yüksək ehtiramın əlaməti olaraq təntənə ilə qeyd olunur.

Səfir cənab Paskal Mönye Fransa dövlətinə, onun mədəniyyətinə, dilinə xüsusi diqqətə və səmimi görüşə görə təşəkkürünü bildirərək qeyd etdi ki, həqiqətən Gəncə Dövlət Universitetində fransız dilinə xüsusi münasibət var və bu dilə qarşı maraq ildən-ilə artır. Fransiz dili müəllimliyi ixtisasinda oxuyan tələbələrin sayi artiq 100 nəfəri keçmişdir. Bu sahədə Fransız dili kafedrasının əməkdaşlarının, xüsusən kafedra müdiri Məhərrəm Orucovun əməyi təqdirəlayiqdir.  Fransa Republikası  Azərbaycan Fransa əlaqələrini yüksək  qiymətləndirərək  fransız dilinin Azərbaycanda təşviq olunmasında  nümunəvi əməyi olan Məhərrəm Orucovu MENB1429007D  saylı Fərmanla Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif etmişdir.

Cənab səfir alqışlar altında  Akademik Palma ordenini Məhərrəm Orucova təqdim etdi.

Bundan sonra  cənab səfir böyük həvəslə müəllim və tələbələrin çoxsaylı suallarını cavabnlandırdı.

Görüşün sonunda professor Yusif Yusibov  Fransa dövlətinin kafedra müdiri Məhərrəm Orucovun simasında dostluq əlaqələrimizi dəyərləndirdiyi üçün kollektiv və öz adından təşəkkürünü bildirərək, Gəncədə doğulub yaşayıb yaratmış XII əsrin şairəsi Məhsəti Gəncəvinin portreti toxunmuş  xalçanı xatirə hədiyyə kimi  cənab səfirə təqdim etdi.

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN MÜƏLLİMİ AKADEMİK PALMA ORDENİ İLƏ TƏLTİF OLUNDU
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN MÜƏLLİMİ AKADEMİK PALMA ORDENİ İLƏ TƏLTİF OLUNDU
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN MÜƏLLİMİ AKADEMİK PALMA ORDENİ İLƏ TƏLTİF OLUNDU

шаблоны для dle 11.2

Xəbər lenti
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
8 05 2025