Sosial (3-09-2015, 17:32)
Fərhad Bədəlbəyli: "Caz Mərkəzinin bağlanması xəbəri yalandır" - YENİLƏNİB
16:31
Bunu APA-ya açıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəylideyib. Onun sözlərinə görə, mərkəz yenidən istifadəyə veriləcək: "Caz Mərkəzi bağlana bilməz və bağlanmayacaq da. Ora əvvəllər də restoran kimi fəaliyyət göstərib. İndi təmir gedir, yenidən caz həvəskarlarının ixtiyarına veriləcək. Təkrar edirəm ki, mərkəz bağlanmayacaq".
Qeyd edək ki, mətbuatda Bakı Caz Mərkəzinin fəaliyyətini dayandırması haqqında məlumat yayılıb. İddialar görə, mərkəz qeyri-müəyyən müddətə bağlanıb və yenidən istifadəyə veriləndən sonra milli restoran kimi fəaliyyət göstərəcək.
-----------
15:32
Bakıda Baku Jazz Center mədəniyyət mərkəzi bağlanıb.
Mediatv.az xəbər verir ki, oxu.az-a bu barədə Yazıçılar Birliyinin üzvü Zəhra Bədəlbəyli bildirib.
Məlumatda deyilir ki, Azərbaycanda caz mədəniyyətinin inkişafı və dəstəklənməsi məqsədi ilə yaradılan mərkəz layihənin gəlir gətirmədiyi üçün bağlanıb. İnvestisiya problemi var, mərkəzin sahibi investisiya yatıra bilmir.
Mərkəzdə "Baku Jazz Center"in bağlanması barədə məlumatı təsdiqləyərək, qeyd ediblər ki, mərkəz təmir üçün qeyri-müəyyən müddətə bağlanıb.
Qeyd edək ki, Baku Jazz Center 2000-ci ildə yaradılıb və 2015-ci ilə qədər bir çox musiqiçilər üçün start məkanı olub. Mərkəz Azərbaycanda caz mədəniyyətinin inkişafı və dəstəklənməsi məqsədi ilə yaradılmışdı. Mərkəzdə ən yaxşı caz festivalları keçirilib. Bu festivallar hətta Qərbdə də ən yaxşı festivallar kimi tanınırdı.
