Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (1-09-2015, 23:47)
DEPUTAT XANIMIN ÇANTASINDA DİNLƏMƏ QURĞULARI AŞKARLANDI

Məmmədovun dəstəyi ilə deputat seçilmiş Jalə Əliyevanın aeroportda saxlanılmasının pərdəarxası

Milli Məclisin xanım deputatlarından biri bu yaxınlarda aeroportda saxlanılıb. Bu barədə redaksiyamıza bu hadisənin şahidi olmuş bir vətəndaş məlumat verib. Mənbə qeyd edir ki, deputat Jalə Əliyeva xaricdən ölkəmizə dönərkən yoxlanış məntəqəsində saxlanılıb və onun çantasına baxış keçirilib. Yoxlama zamanı xanım millət vəkilinin çantasından bir neçə “juçok”, qələm-kamera, “prosluşka” telefonları və digər bu kimi idxalı yasaqlanmış əşyalar çıxıb.

Bu olayı izləmiş vətəndaş iddia edir ki, J.Əliyeva deputat toxunulmazlığından istifadə edərək əvvəlcə çantasının açılmasına razılıq verməyib.
Mənbə qeyd edir ki, onun etirazlarına baxmayaraq çantası yoxlanılıb. Qeyd olunan əşyalar aşkarlandıqdan sonra xanım deputat onların özünə məxsus olmadığını iddia edib. Daha sonra o, həmin yoxlamanı həyata keçirən təhlükəsizlik orqanı əməkdaşının bu yoxlamanı qanunsuz apardığını iddia edib və onun işdən çıxarılması məsələsini qaldıracağını bildirib.
Mənbəmiz onu da qeyd edir ki, həmin vaxt hadisə yerinə aeroport rəhbərliyi gəlib və məsələ barədə yuxarılara məruzə edilib. Həmçinin, bu hadisə haqda Milli Məclisin sədri Oqtay Əsədova məruzə edilməsi haqda da tapşırıq alınıb.
Qeyd edək ki, Jalə Əliyeva nəqliyyat naziri Ziya Məmmədovun parlamentdəki adamlarından biridir və onun dəstəyi ilə deputat edilib. Onun Ziya Məmmədovun adamı olması faktı xatırlanarkən ötən ilin payızında nəqliyyat nazirinin danışıqlarının dinlənilməsi məsələsi də yada düşür. Qeyd edək ki, Eldar Əliyev adlı bir iş adamı naziri şantaj etməklə ondan 2 milyon dollar tələb edirmiş. Belə ki, bizi bu barədə məlumatlandıran mənbə qeyd etmişdi ki, əvvəllər Z.Məmmədovla işbirliyində olan Eldar Əliyevin nazirlə münasibətləri sərinləşəndən sonra onu şantaj etməyə başlayıb.
Eldar Əliyev Ziya Məmmədovun gizli planları barədə məlumatları onun ətrafındakılara çatdıraraq özünün xeyrinə qərarlar verilməsinə nail olmaq istəyib. Lakin nazir öz yaxın ətrafına Eldar Əliyevə əhəmiyyət verməməyi tapşırıb.
Bundan bir müddət sonra isə Eldar Əliyev nazirin İçərişəhərdəki “Meridian” hotelində apardığı gizli danışıqların audioyazısını ona göndərib. İş adamı bu danışıqların ictimailəşməməsi üçün nazirin ona 2 milyon dollar ödəməsini tələb edib. Bundan sonra məcburiyyət qarşısında qalan Ziya Məmmədov Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib. Keçirilən əməliyyat nəticəsində Eldar Əliyev həbs edilib. İş adamından müxtəlif dinləmə qurğuları götürülüb. Hazırda o və ona dəstək verən yaxın adamları həbsdədirlər.
Əcəba, bu olaydan 4-5 ay sonra Ziya Məmmədovun siyahısı ilə deputat edilən Jalə Əliyevanın çantasında aşkarlanan dinləmə qurğuları ölkəyə hansı məqsədlə gətirilirmiş? Xanım deputatın bu qurğular nəyinə lazım ola bilər? Yoxsa kimlərsə onun deputat toxunulmazlığından istifadə edib bu cihazları ölkəyə keçirmək istəyirmiş? Hər halda, burada çoxlu müəmmalar var. O da müəmmalıdır ki, deputatları və onların əşyalarını adəti üzrə yoxlamayan hava limanının təhlükəsizlik xidməti niyə durub-dururkən Jalə Əliyevanın baqajını yoxlamaq qərarına gəlib? Bu fakt belə bir şübhəyə əsas verir ki, təhlükəsizlik xidmətində qabaqcadan bu barədə məlumat olub. Deməli, kimlərsə hansısa səbəbdən Azərbaycanın deputatını izləyib, ya da dinləyib.
Bu xəbərlə bağlı deputat Jalə Əliyevanın özü ilə də əlaqə saxlamaq, mövqeyini almaq istədik. Deputatın telefonunu açan bir xanım kimliyimizi soruşduqdan sonra “bir azdan zəng edərsiniz”, deyib telefonu qapatdı. Növbəti zəngimizə cavab verən xanım isə onun qızı olduğunu və bir saat sonra zəng etməyimizi xahiş etdi. Bir saatdan sonra etdiyimiz zəng isə cavabsız qaldı./musavat.com/

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024