Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (28-07-2015, 22:19)
Eldar Əzizovdan yaşıllıqlara qarşı "üsuli-cədid"... - "Hədəfdə olan" yaşıllıq zonasına su verilmir...

Bu yayın əvvəllərindən Abşeron yarımadasında havalar ötən illərdəkinə nisbətən sərin keçəndə Sumqayıt şəhərində su təminatının ciddi rejimə salınması heç yada da düşmürdü. Elə ki, qızmar istilər düşdü, şəhərin yaşıl örpəyini qidalandıran su kranlarına nəzarətin artırılması dəbə mindi. Artıq 2 həftədən çoxdur ki, Sumqayıt şəhərində yaşıllıqların su təchizatına məhdudiyyət qoyulub. Özü də bu məhdudiyyət heç şəhərdə sudan qənaətlə istifadə üçün demək olar ki, heç bir normal zəmin yaratmır.

Sukanal idarəsi rəhbərliyinin qərarı ilə şəhərin məhəllələrindəki su kranlarının qapadılması artıq əksər məhəllələrdəki yaşıllıqları yayın qızmarında təhlükəyə atıb. Məsələ ilə bağlı kifayət qədər məlumat əldə etmək üçün Sumqayıtın 4-cü, 6-cı, 8-ci, 9-cu və 10-cu mikrorayonlarında müşahidələr apardıq. Sözügedən mikrorayonların əksər məhəllələrindəki yaşıllıqlara və qiymətli ağac növlərinə həyat verən su mənbələrinin nəzarət altında qapadıldığının şahidi olduq. Sakinlər bildirdilər ki, sukanal idarəsinin əməkdaşları məhəllələrə düşüb bir-bir ağacları sulamaq üçün istifadə olunan su kranlarını bir-bir ləğv edirlər. Səbəbini soruşduqda isə bunun şəhər icra hakimiyyəti rəhbərliyinin göstərişi ilə edildiyini deyirlər. Su işçiləri məhəllələrdəki yaşıllıqlara suyun verilməsinin bir halda bərpa oluna biləcəyini söyləyirlər. Tələb edirlər ki, sudan istifadə etmək istəyənlər mütləq sayğac qoymalıdırlar. Qəribədir, heç kəsə sirr deyil ki, Sumqayıt məhəllələrinin yaşıllıqları uzun illərdir ki, dövlət hesabına suvarılır. Yəni bu yaşıllıqlar heç kəsin konkret mülkiyyətində deyil. Şəhər böyüdükcə, məhəllələrarası irili-xırdalı ərazilərdə ağac əkmək, gül-çiçək becərmək sumqayıtda artıq bir ənənə şəklini alıb. Yaşıllıqların genişlənməsi isə beton evlərdə yaşayan insanların yayda sərinlənmək yeri, istirahət guşəsi olub. Ona görə də, şəhər təsərrüfatı həmişə bu məsələyə loyal yanaşıb, torpağa bağlı sumqayıtlıların məhəlllələrin ekoloji vəziyyətini yaxşılaşdırmağa yönəlmiş təşəbbüslərinə dəstək verib. İndi isə belə qiymətli təşəbbüsləri hansısa bir məmurun göstərişinə qurban verməyə tələsirlər. İş o yerə çatıb ki, artıq sumqayıtlılar məhəllə yaşıllıqlarının müdafiəsinə az-çox köməkliklərini göstərmək üçün yollar axtarmağa başlayıblar. Sukanal idarəsinin "yezidləri" adlandırılan bəzi işçilərin yaşıllıqlara qarşı belə davranışının kökündə konkret nələrin durduğunu ayırd etmək üçün hər halda sakinlərlə fikir mübadiləsi aparmalı olduq. Məlum oldu ki, bizimlə söhbətə qoşulan sakinlərin böyük əksəriyyəti məhəllələrdəki yaşıllıqların su təchizatının məhdudlaşdırılmasını Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq göstərişi ilə əlaqələndirir. Bəzi sakinlər isə hətta bunun nə üçün edildiyini də ehtimal etməkdən çəkinmədilər. Bildirildi ki, məhəllələrdə yaşıl örtüyün qorunması, uzunömürlü qiymətli ağac sortlarının suvarılması icra başçısı Eldar Əzizovun marağında deyil. Belə ki, başçının başı şəhərdəki tikinti bumuna necə qarışıbsa, təbiətə, xüsusən də ağacların suvarılmasına vaxt ayırmağı unudub. Sumqayıtda hökm sürən bugünkü tikinti bumu fonunda belə söhbətlərin inandırıcı görünməsində başçı cənabının da yəqin ki, "xidməti" az deyil. Ədalət naminə qeyd etməliyik ki, bu məsələni bütövlükdə başçının adı ilə bağlamaq dügzün olmazdı. Lakin orta bir məqam var. Sumqayıtda bəzi gözəgörünməz qüvvələr bu yay sanki ağacların qəsdinə durublar. Bir müddət ağacları qırmaqla tikinti meydançaları əldə edən işbazları bu əməllərinin üstü açıldıqdan sonra başqa üsullara əl atıblar. Bu dəfə şəhərin məhəllələrarası yaşıllıqları hədəfə alınıb. Özü də çox sadə bir qadağa üsulu ilə yaşıllıqları sudan məhrum etməkdədirlər. Yuxarıda qeyd etdiyimiz kimi, bu qadağalar artıq demək olar ki, şəhərin bütün məhəllələrini əhatə etdiyindən, məsuliyytətin əsas hissəsi icra başçısı Eldar Əzizovun üzərinə düşür. Buna baxmayaraq, sukanal idarəsinin rəisinin ictimai qınaq obyektinə çevrilməsi daha düzgün olardı. Necə olmasa, Rəis hamıdan yaxşı bilir ki, yayın qızmar çağlarında sumqayıtlıları yeganə ümid yeri olan yaşıllıqları susuz qoymaq, kölgəliklərdən məhrum etmək elə "yezidliyin" müasir bir formasına bənzəyir. Məsələnin artıq kritik həddə çatdığını da sonda qeyd etmək zorundayıq. Əgər ən yaxın zamanlarda bu qadağalara son qoyulmasa, biz nəinki sumqayıt məhəllələrinin gözəlliklərini itirə bilərik, həm də şəhər icra başçısı Eldar Əzizova olub qalan az-çox inamın da korroziyaya uğradığının şahidi olacağıq.

Təəssüf ki, Sumqayıtda əksər yaşayış binaları arasında heç olmasa bir neçə metr boş sahə belə tapmaq günbəgün çətinləşir. Bu isə yanğın və digər fövqəladə hadisələr zamanı yaşayış kvartallarına texnikanın girişində məhdudiyyət yaradır. Bəzi yaşayış komplekslərinə isə heç təcili yardım maşınları da rahat daxil olaraq dönüş edə bilmir. Sumqayıtın 14 mərtəbə adlandırılan yaşayış binasının arxa hissəsindən başlayaraq "Karvan" ticarət mərkəzinə doğru uzanan yaşıllıq zolağının "united bank"la üzbəüz hissəsində artıq tikinti işləri aparılıb. Bəzi sakinlərin sözlərinə görə icra başçısı həmin zolağı hissə-hissə hərraca qoymaq niyyətindədir.
\\gundelik-baku.com\\ 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024