Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (12-07-2015, 23:04)
İmtahan qorxusunun qarşısı necə alınır?

İmtahan yaxınlaşdıqca abituriyentlərdə qorxu və ümidsizlik artır, əzmkarlıq və həvəs isə azalır.

 

Mediatv.az "Zaman Azərbaycan"-a istinadən bildirir ki, bu da onlarda ruh düşkünlüyünə səbəb olur. Bəzən vəziyyət elə bir hal alır ki, abituriyent bilik və bacarıqlarını imtahanda layiqincə nümayiş etdirə bilmir. İnsan ruhunu dünyanın ən güclü silahı adlandıran marşal Fok deyirdi: "Uğurunuzun qarşısında duran əngəlləri, ruhunuzun inamı ilə məğlub edin". Əzmkarlıq və inam sizi bacara bilməyəcəyinizi düşündüyünüz xəyallarınıza qovuşduracaqdır. Sezar Dukornet doğuşdan hər iki qolundan məhrum idi. Ancaq rəsmə olan böyük marağı, ümidləri və əzmkarlığı onu dünyanın ən məşhur rəssamlarından biri etdi. Beləliklə, əzmkarlıq və ümid insanın gücü, qüvvətidir. Əziz abituriyentlər! Bu günə kimi çalışmış, dərslərinizi bacara bildiyiniz qədər oxumusunuz. İndi əzmkarlıq göstərərək imtahanı yaxşı verib, işi sona çatdırmaq lazımdır. "Əsla bacarmaram" deyərək ümidsizliyə qapılıb, xəyallarınızı yarı yolda buraxmayın.

 

Artıq imtahanlara  son bir-iki gün qalmışdır. Abituriyentlərin ətrafında olan insanlar, xüsusən də valideynlər onlara ancaq ümid dolu sözlər deməlidirlər: "İnan, bu imtahanlar bitəcək, gözəl tələbəlik illəri gələcək. Unudulmaz anlar yaşayacaq və daha öncə keçirdiyin bütün çətinlikləri unudacaqsan. Tələbə olduqdan sonra o qədər xoşbəxt olacaqsan ki, daha öncə səni narahat edən heç bir şeyi xatırlamayacaqsan".

 

İmtahan qorxusu, həyəcanı keçirənlərə öz sözlərimizlə dəstək ola bilərik:

 

- İmtahan dediyin nədir ki... 3 saata yekunlaşar və keçər.

 

- İmtahan dediyin nədir ki... 125 sual, oxuduğun mövzulardan düşər.

 

- İmtahan dediyin nədir ki... hər gün dərs keçdiyiniz sinifdə təşkil olunar.

 

- İmtahan dediyin nədir ki... 11 il qarşılaşdığın müəllimlərdən biri nəzarət edər.

 

- İmtahan dediyin nədir ki... suallar 6, 7, 8, 9, 10 və 11-ci  sinifdə keçdiyin dərslərdən düşər.

 

- İmtahan dediyin nədir ki... ağ kağıza qara hərf və rəqəmlərlə yazılmış adi suallardır.

 

- İmtahan dediyin nədir ki... verilən sualın cavabı da gözünün qarşısındadır.

 

- İmtahan dediyin nədir ki... həll etdikcə alınan 125 doğru cavabdır.

 

- İmtahan dediyin nədir ki... pozitiv düşün, yazacaqsan və  qazanacaqsan.

 

- İmtahan dediyin nədir ki, mən bilirəm sən bacaracaqsan...

 

Bəlkə də istifadə olunan  kəlmə onun qərarını, keçirdiyi kiçik bir duyğu isə həyatını dəyişər.

 

Bir gün iki qurbağa süd qabına düşür. Boğulmaq təhlükəsi ilə üzləşən qurbağalardan birini ümidsizlik bürüyür. O, çıxış yolu olmadığını düşünüb hərəkətsiz qalır və boğulur. Digər qurbağa isə  var gücü ilə, ümid və əzmkarlıqla  səy göstərməyə, qurtulmağa, uğur qazanmağa çalışır. O, hərəkət etdikcə südün üzərində yağ təbəqəsi əmələ gəlir və xilas olur. İndi bu qısa zamanda şərtlər nə olursa olsun, bilik, bacarıq və hazırlığınızın hansı səviyyədə olmasından asılı olmayaraq, axıra kimi əzmlə çalışmaq lazımdır.

 

Ən son ana qədər ümidlə mübarizə aparmaq çox önəmlidir. 1492-ci ildə Xristofor Kolumbun bildiyini, bəlkə, yüzlərlə dənizçi bilirdi. Lakin işini sona kimi əzmkarlıqla gedən Kolumb adını tarixə yazdırmağı bacardı.

 

Bir yazıçı düşünün! İllərlə əziyyət çəkib roman yazsın.  Sonuna çatanda "olmaz" deyib, əsərini yandırsın. Bir üzgüçü təsəvvür edin! Hədəfə çatarkən anidən "bacarmayacağam" söyləyərək geri dönsün. Sizcə, bu təəssüfverici və mənasız deyilmi?.. Və bir abituriyent düşünün! Çalışsın, səy göstərsin, hazırlaşsın, gələcəyi naminə gecəsini və gündüzünü fəda etsin, amma sonda, imtahana az qalmış "bu iş olmaz", "bacarmaram", "qorxuram" deyib hədəfinə doğru sonuna qədər getməsin. Ona görə də çətin vəziyyət qarşısında ümidsizləşərək arxaya dönüb, geri qaçmamaq lazımdır. Gözünü qırpmadan sonuna qədər, əzmlə mübarizə apar. O zaman uğur sənin olacaqdır.

 

Qarşıdan gələn imtahanda sizə ümid dolu əzmkarlıq və uğur arzulayıram.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025