Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (7-07-2015, 16:12)
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ KÖNÜLLÜLƏRLƏ GÖRÜŞ

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ  KÖNÜLLÜLƏRLƏ GÖRÜŞ

 

Mediatv.az xəbər verir ki, bu gün  Gəncə Dövlət Universitetinin 2-ci tədris binasının iclas zalında   “Bakı-2015”  birinci Avropa Oyunlarında könüllü kimi iştirak etmiş tələbələrlə rektorun görüşü olmuşdur. Könüllü tələbələri salamlayan rektor professor Yusif Yusibov qeyd etdi ki, birinci Avropa Oyunlarının bizim doğma Vətənimizdə keçirilməsi tarixə şərəflə yazılacaq hadisələrdəndir. Biz bununla xalqımızın iqtisadi qüdrətini, ölkəmizdə ictimai-siyasi sabitliyi, milli ənənələrimizi, yüksək mənəvi keyfiyyətlərimizi, sülh, əmin-amanlıq tərəfdarı olduğumuzu bir daha dünyaya çatdırmış olduq. Bu möhtəşəm hadisənin bir qiymətli cəhəti də var. Prezident İlham Əliyev “Bakı-2015” birinci Avropa Oyunlarında qalib idmançılarımızla, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlar ilə görüşdəki çıxışında məhz bu cəhəti nəzərə çatdırdı. Belə ki, Prezidentimiz tərəfindən Oyunlarda ümumilikdə 20 minə yaxın iştirak etmiş könüllünün əməyinə xüsusi dəyər verildi. Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva da möhtəşəm tədbirin bağlanış mərasimində könüllülərə təşəkkür etməyi unutmadı. Bizim üçün sevindirici haldır ki, həmin könüllülər dəstəsində Uniuversitetimizin tələbələri də iştirak etməklə dəyərli zəhmətləri, nümunəvi davranışları ilə ünvanımıza gələn xoş sözlərin səbəbkarı oldular.

Professor Yusif Yusifov Universitetin şərəfini qoruduqları üçün könüllülərə öz təşəkkürünü, səmimi sözlərini bildirməklə bərabər, fəaliyyətləri ilə  ən çox fərqlənən tələbələrə Azərbaycanın Gənclər və İdman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovun imzaladığı sertifikatları və rektorluğun fəxri fərmanlarını təqdim etdi. Xarici dillər fakültəsinin tələbələrindən Pərvanə Ələkbərova və Ləman Rzazadə, Biologiya-kimya fakültəsinin tələbəsi Mətləb Allahverdiyeva, Pedaqoji fakültənin tələbəsi Günel Əhmədova öz çıxışlarında könüllülər dəstəsində iştirak etdikləri müddətdə onlara göstərdiyi diqqıət və qayğıya görə professor Yusif Yusibova minnətdarlıqlarını bildirrərək bundan sonra da öz fəaliyyətləri ilə universitetin şərəfini daha ləyaqətlə qoruyacaqlarını, onlara göstərilən qayğıya layiqli cavab verəcəklərini vurğuladılar.

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ  KÖNÜLLÜLƏRLƏ GÖRÜŞ
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ  KÖNÜLLÜLƏRLƏ GÖRÜŞ

шаблоны для dle 11.2

Xəbər lenti
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025