Sosial / Slayd (20-04-2015, 19:24)
“Bütün imtahanlar mayın sonunadək yekunlaşacaq”- Mikayıl Cabbarov
Təhsil naziri Mikayıl Cabbarov bu il Bakıda dərslərin vaxtından əvvəl başa çatması ilə bağlı məsələyə münasibət bildirib.
“Mediatv.az”ın APA-ya istinadən xəbərinə görə, nazir bildirib ki, iyunun 12-də Bakıda ilk dəfə olaraq, Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Nazirlər Kabineti dərslərin müddəti ilə bağlı qərar verib. Təhsil naziri qərarın icrasına dair əmr imzalayıb: “Əmrə əsasən, mayın sonunda dərslər, həmçinin ali və orta ixtisas məktəblərində imtahan sessiyaları başa çatdırılacaq. Bu, öncədən plandaşdırılmış addım idi. Həm ali, həm də orta ixtisas, həm də orta məktəblərin rəhbərlərinin, eləcə də təhsil alanların bu barədə öncədən məlumatı var idi və bütün məlumatlar ictimaiyyətə təqdim edilib”.
Son zənglə bağlı məsələyə də münasibət bildirən nazir qeyd edib ki, son illərdə bu məsələdə qərar təhsil müəssisələrinin öhdəliyinə buraxılıb: “Amma bununla bağlı may ayında əmr imzalanacaq. Bununla da son zəngə dair bütün məsələlər tənzimlənəcək”.