Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 18:55)
Aqil Babayevin işində “Qırmızı” qadağa: Yüksək vəzifəli şəxsin istintaqa müdaxiləsi və məhkəmə prosesinə təsiri -MƏHKƏMƏ

Aqil Babayevin işində “Qırmızı” qadağa: Yüksək vəzifəli şəxsin istintaqa müdaxiləsi və məhkəmə prosesinə təsiri

“Shaurma N1” restoranlar şəbəkəsinin sahibi Aqil Babayevin işi ilə əlaqəli daha bir şok fakt üzə çıxıb. Beləki adı “zərərçəkmişlərin” siyahısında hallanmayan Rəşid Ağakişiyev və qardaşı Ceyhun Ağakişibəylinin bu qurma işdə əsas rol oynaması faktı Babayevin ailə üzvləri tərəfindən təsdiqlənib.

 Hər iki qardaşın 8 iyun 2021ci il tarixdə Aqil Babayevin bağ evinə basqın edən kəslərin arasında olması faktı və bununlada cinayət əməlinin şahidi olması faktı danılmazdı.Görünür cinayət əməlini planlayaraq törədilməsində təqsirli bilinən əsas fiqurantlar hər iki qardaşın bu cinayət əməlində iştirakını bilərəkdən təşkil edərək, Rəşid və Ceyhunun hakim dairələrdə olan həvadarlarından istifadə olunması məqsədini güdüblər.

Bununla da hər iki qardaşı bir başa cinayət əməlinin iştirakçısına çevirərək onları şantaj yolu ilə Aqil Babayevə qarşı məkrli planın icrası yönümündə dövlətin yüksək vəzifəli və nüfüzlu şəxsləri ilə əlaqələrini işə salaraq Babayevə qarşı “süni” formada qadağaların tətbiqi və tapşırıq əsasında cinayət işinin açılmasına nail olublar.

Öz nüfuzlarına xələl gəlməsindən və adlarının qalmaqallı cinayət işində hallanmasından qorxan qardaşlar, ən yüksək təbəqələrdə əlaqələrini işə salaraq, cinayət əməlini planlamaqda şübhəli bilinən Natiq Sadıqova və Anar Aslanova bir növ lazımı dəstəyi göstərmiş olublar.

Bunun müqabilində adlarının cinayət işində hallanmamasına və bu işlə heç bir əlaqələrinin olmaması barədə “qarantı” alaraq, özlərini sığortalamış olublar.

İstintaq dövrü Aqil Babayevin müdafiəçilərinin dəfələrlə müraciət və sorğularına rəğmən 8 İyun 2021 ci il tarixdə baş vermiş hadisə ilə əlaqəli araşdırma aparılmayıb və hadisə iştirakçılarının anten dairələri çıxarılmayıbdır. Belə olduğu təqdirdə, nəinki 40 nəfərdən ibarət cinayətkar dəstənin Babayevin bağ evina basqın etməsi faktı öz təsdiqini tapacaqdı, həttda iştirakçılar siyahısında Rəşid Ağakişiyevin və qardaşı Ceyhun Ağakişibəylinində olduğu bəlli olacaqdı.

Qeyd edək ki Buzovnada yerləşən və hadisənin törədildiyi bağ evinə qonşu olan Aqil Babayevə məxsus digər bağ evi məhz Ceyhun Ağakişibəylinin adına rəsmiləşdirilib, və bu fakt onun Aqil Babayevə qarşı törədilən cinayət əməlinə bağlayan aşkar faktlardan biri kimi dəyərləndirilir. Ceyhuna qoyulan etimada rəğmən o cinayətkar dəstə ilə əl bir olaraq bağ evinin etibardan istifadə edərək mənimsənilməsinə əl atıb.Bununla da özünü qaçılmaz olaraq bu qalmaqallı işin iştirakçısına çevirib.

Dövlət hüquq mühafizə orqanları tərəfindən maneəsiz aparılacaq istintaq və araşdırma tədbirləri nəticəsində bu faktların təsdiq olunması qaçılmazdı. Bütün müraciət və çağrışlara rəğmən Aqil Babayevin işində hələdə dürüst araşdırılmanın aparılmaması məhz Ağakişiyev qardaşlarının təşəbbüsü ilə tapılan yüksək vəzifəli şəxsin qoyduğu “qırmızı” qadağa səbəb olub.

шаблоны для dle 11.2

Xəbər lenti
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025