Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 11:50)
Qida Təhlükəsizliyi İnstitutunu “Plastprof” MMC ilə işbirliyi qurmağa nə sövq edir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs tərəfindən heyvanların identifikasiyası üçün istifadə olunan birkaların satın alınması əlaqədar 11.02.2025-ci il tarixində keçirilmiş açıq tenderə yekun vurulub və “PLASTPROF” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilmişdir.  MMC ilə 466.690,00 manat məbləğində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulur.
Qeyd edək ki, bu Qida Təhlükəsizliyi İnstitutunun sözügedən MMC ilə ilk işbirliyi deyil. İnstitut xırdabuynuzlu və iribuynuzlu heyvanların identifikasiyası üçün istifadə olunan birkaların satın alınması üzrə 25.07.2024-cü ildə “PLASTPROF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 460.200 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Tenderin şərtlər toplusuna görə “Plastprof” MMC İnstitutu 100.000 cüt xırdabuynuzlu heyvanlar üçün nömrələnmiş vizual birka ilə, 350.000 cüt isə iribuynuzlu heyvanlar üçün nömrələnmiş vizual birka ilə təmin etməli olub.
Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutu sözügedən şirkətlə bir satınalma müqaviləsi də 23.01.2024-cü ildə bağlayıb. Bu müqavilənin şərtlərinə görə “Plastprof” MMC 589.964,6 manata iribuynuzlu heyvanlar üçün nömrələnmiş 500 min cüt vizual birka, atlar və dəvələrin identifikasiyası üçün istifadə olunan 3 min ədəd radiotezlikli nişanlanma vasitələri ilə təmin etməli olub.
Göründüyü kimi Qida Təhlükəsizliyi İnstitutu ötən il “Plastprof” MMC ilə ümumi dəyəri 1 050 164 manat olan iki satınalma müqaviləsi bağlayıb. Hazırda 466.690,00 manat məbləğində bir satınalma müqaviləsinin bağlanılması da gözlənilir.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Plastprof” MMC Qida Təhlükəsizliyi İnstitutunun verdiyi müsabiqə elanından cəmi bir ay əvvəl – 3 oktyabr 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Tender müsabiqəsi isə 7 noyabr 2023-cü il tarixində elan olunub. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Nazim Hikmət, ev 26/76, m. 30-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əmirov Elməddin Zahir oğludur. MMC-nin ilk qanuni təmsilçisi Hüseynov Mirhəbib Etibar oğlu olub.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Bunlardan əlavə Qida Təhlükəsizliyi İnstitutu Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 494 nömrəli Qərarının tələblərini də ciddi şəkildə pozub. Belə ki, keçirilən müsabiqədə maliyyə imkanlarının və oxşar təcrübələrin qiymətləndirilməsinə dair tələblərin “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”na demək olar əməl olunmayıb.
Qeyd edək ki, “Plastprof” MMC qısa müddətdə dövlət qeydiyyatına alınmasına baxmayaraq  Kənd Təsərrüfatı Nazirliyinə tabeli Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə dərman, sarğı ləvazimatları və materiallarının satınalınması və bioloji aktivlərin alınması üzrə iki müqavilə, Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi üçün pestisid və gübrələrin satınalınması üzrə 126.357,79 manat məbləğində satınalma müqavilələri bağlayıb.
MMC ötən ilin dekabrında  “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsi ilə xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə vaksinlərin satınalınması üzrə 797.614,96 manat məbləğində, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti ilə ting və toxmacarların yetişdirilməsi, salınmış yaşıllıqlara düzgün agro texniki qulluq göstərilməsi üçün tələb olunan gübrələrin və dərman preparatlarının satın alınması üzrə 99.938,1 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Göründüyü kimi “Plastprof” MMC ayrı-ayrı dövlət qurumlarının keçirdiyi müxtəlif satınalmaların qalibi olub. Maraqlıdır Qida Təhlükəsizliyi İnstitutunu nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlə işbirliyi qurmağa sövq edən nədir?
Qalib şirkət haqqında yeganə məlumat oldur ki, MMC-nin qanuni təmsilçisi Əmirov Elməddin Zahir oğlu 20 Noyabr 2023-cü il tarixində Nərimanov rayonu, Ələsgər Qaibov ev 12, m. 1222 ünvanında dövlət qeydiyyatına alınan “Optimus Auto” MMC (VÖEN -1506599781) adlı şirkətin də qanuni təmsilçisidir.
Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutunun direktoru Əli Nəbiyevdir. 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirmiş Əli Nəbiyev Ədliyyə Nazirliyində, “Azərbaycan Dəmir Yolları” QSC-də müxtəlif vəzifələrdə çalışıb. 21 iyul 2023-cü ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin əmri ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
 
 
Aktualinfo.org



шаблоны для dle 11.2

Xəbər lenti
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025