Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 08:40)
İcra başçısı DÖVLƏTİN ŞƏHƏRSALMA qaydalarını niyə pozur?-FOTOLAR


Paytaxtın Nərimanov rayonunda qanunsuz tikinti işlərinin, yaşayış yerlərinin qeyri-yaşayış təyinatlı istifadəsinin kütləvi hal alması ilə bağlı Mediatv.az saytında bir neçə gün əvvəl tənqidi məqalə dərc olunmuşdu. Məqalədə əvvəllər mətbuatda getmiş faktlar - rayonun Yusif Vəzir Çəmənzəminli küçəsində yaşayış binasının qarşısı kəsilərək alt mərtəbəsinin obyektə çevrilməsi, Mirzə Uluqbəy və Faiq Yusifov küçələrində də analoji durumun yaşandığı sadalanmış, konkret olaraq isə Təbriz küçəsində iri ticarət obyektinin inşa edildiyini göstərən fotoşəkillər dərc olunmuşdu. Bu vəziyyətə görə ictimai qınağın daha çox rayon rəhbəri Elgün Həbibullayevə yönəldiyini bildirmişdik, həmçinin məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyəti və Şəhərsalma və Arxitektura Komitəsinin də mövqeyini dərc etməyə hazır olduğumuz qeyd etmişdik.Məqaləni saytın “Facebook” şəbəkə hesabında da status kimi paylaşmışdıq. Nərimanov Rayon İcra Hakimiyyəti şəbəkədəki eyni adlı profili ilə statusumuza rəy yazıb: “Mediatv.az”, bildiririk ki, qeyd olunan ərazidə əvvəllər mövcud olmuş ikimərtəbəli fərdi yaşayış evinin aidiyyəti qurumlar tərəfindən qeydiyyata alınmaqla sökülüb yenidən tikilməsi nəzərdə tutulsa da, tikinti işlərinin təyinatı üzrə aparılmaması səbəbindən tikinti işləri uzun müddətdir ki, dayandırılmışdır. Həmçinin bildiririk ki, müvafiq qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən sözügedən tikili barədə qəbul ediləcək qərara əsasən müvafiq tədbirlər görüləcəkdir”.Redaksiya olaraq, öz növbəmizdə RİH-nin rəyini cavabladıq: “Şəkildən də görünür ki, tikinti tamamlanıb. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən sözügedən tikili barədə görəsən nə vaxt qərar qəbul ediləcək? Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən, İH-lər şəhər, rayon (şəhərlərdə rayon) ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmalı, qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görməlidirlər”.
   Məsələn, bu günlərdə jurnalistika təcrübəmizdə paytaxtın başqa rayonunda analoji halla bağlı araşdırma apararkən yolladığımız sorğuya cavab olaraq,Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən və Bakı Şəhər İcra hakimiyyətindən ziddiyətli cavablar gəlib. Verilən cavablarda bildirilir ki,  aparılan tikinti işlərinin qanunauyğunluğunun yoxlanılmasını, müvafiq tədbirlərin görülməsini  onlara və redaksiyamıza məlumat verilməsinin icra hakimiyyətindən rəsmi məktubkla xahiş etdiyinin şahidi olmuşuq. Göründüyü kimi, bu ziddiyyəti (aidiyyəti qurumların ictimai sorğulara cavab vermək məsuliyyətini bir-birinin üstünə atmasını başa düşmək olmur.Yeri gəlmişkən, çox maraqlı bir paradoks var: Dəqiq deyil ki, kim kimin qərarınnı gözləməlidir – Rayon İcra Hakimiyyəti adı çəkilən qurumların, yoxsa, əksinə? 
     шаблоны для dle 11.2

Xəbər lenti
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
17 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025
16 03 2025