Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 08:57)
Deputatın oteli ilə bağlı böyük qalmaqal

 Naxçıvan şəhərində yerləşən Təbriz Hotelin 40-dan çox işçisi əməkhaqlarının gecikdirilməsindən və rəhbərliyin onlara qarşı kobud münasibətindən şikayətçidir. 
“Yeni Sabah” xəbər verir ki, onların sözlərinə görə, hotelin hazırkı sahibi deputat Səttar Möhbalıyevdir və o, problemlərdən xəbərdar olsa da, heç bir tədbir görmür.

Hotel əvvəllər Vasif Talıbovun oğlu Seymura məxsus olub. Talıbov hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra isə, otelin Səttar Möhbalıyevin nəzarətinə keçdiyi bildirilir.

Adlarının çəkilməsini istəməyən işçilər “Gündəlik Naxçıvan”a bildiriblər ki, rəhbərlik və sahibkar əməkhaqlarını vermir, haqqını tələb edənləri isə işdən çıxarmaqla hədələyir:

“İki aydır maaşımızı vermirlər. İstəyəndə “pul yoxdur” deyirlər, amma otel işləyir, qonaqlar qəbul olunur, yaxşı da qazanc əldə edirlər. Xadimələr və digər işçilər çətin vəziyyətdədir. Haqqımızı tələb edəndə isə bizi təhdid edirlər. Evə çörək aparmağa pulumuz yoxdur, bank borclarımız yığılıb. Səttar müəllim hoteldə tez-tez görünür, amma bizim onunla görüşməyimizə imkan vermirlər. O, vəziyyəti bilir, amma müdaxilə etmir”.

Hotel işçiləri Səttar Möhbalıyevə müraciət edərək maaşlarının dərhal ödənilməsini tələb edirlər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025