Sosial (Dünən, 18:56)
Fuad Allahverdiyevlə bağlı sensasion ittihamlar: Əhmədzadələrin qohumu, seyfdəki 400 min, villadakı əyləncə məclisləri
Məşhur iş adamı Fuad Allahverdiyev 11 aya yaxın həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılıb. Allahverdiyev arvadına işgəncə vermə və onu seksual xarakterli hərəkətlərə məcbur etməkdə günahlandırılıb.
Musavat.com xəbər verir ki, Fuad Allahverdiyevdən şikayətçi onun arvadı olub. Zərərçəkmiş kimi tanınan G.Allahverdiyeva “Azərreyl” voleybol klubunun da üzvü olub.
Şikayətçi G.Alahverdiyeva mütəmadi olaraq əri tərəfindən işgəncələrə məruz qaldığını, dəxlisiz qısqancılıq hərəkətlərinə görə ailədaxili problemlər yaşadığını deyib.
Fuad Allahverdiyev isə ona şər atıldığını bildirib. Deyib ki, G.Allahverdiyeva ilə evliliyi məcburi şəkildə olub. Onun sözlərinə görə G.Allahverdiyeva ilə bir müddət münasibətləri olandan sonra onu müxtəlif yollarla şantaj ediblər. Məcburiyyət qarşısında qalaraq G.Allahverdiyeva ilə ailə həyatı qurub. Onların bu evlilikdə bir övladları dünyaya gəlib. Fuad Allahverdiyevin sözlərinə görə uzun müddət qızını ona göstərməyərək şantaj ediblər.
F.Allahverdiyevin dediyinə görə qızını görmək üçün xanımına 200 minlik maşın alıb, Şüvəlandakı villasını onun adına rəsmiləşdirib. Bundan əlavə Fuad Allahverdiyev bildirib ki, seyfindəki 400 min nağd pulu və içərisində 25 min manat olan kartı da arvadı tərəfindən götürülüb.
İşdə diqqət çəkən başqa bir məqam Fuad Allahverdiyevin başqa iddiasıdır. Onun sözlərinə görə arvadı və onun qohumları vaxtı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olmuş oliqarx-məmur Əhməd Əhmədzadənin qohumu olduğunu, əllərinin hər yerə çatdığını deəyərək onu qorxudublar.
Fuad Allahverdiyevə 133-cü (əzab vermə) maddəsi üzrə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib.
Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə isə Allahverdiyev bəraət alıb.
11 aya yaxın həbsdə saxlanılan Fuad Alalhverdiyev məhkəmə zalından azadlığa buraxılıb.
Fuad Allahverdiyevin Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə bəraət almasının səbəbi videogörüntülər və xanımının ona göndərdiyi fotolar olub.
Həmçinin Fuad Allahverdiyevin öz villasında rəqasələr və müxtəlif şəxslərin iştirakı ilə təşkil edilmiş əyləncə məclislərinin görüntüləri də sübut kimi dəyərləndirilib.
Qeyd edək ki, Fuad Allahverdiyev “AzerTelecom” şirkətinin Direktorlar şurasının sədri olub. Azərbaycandakı məşhur “Ailə TV”, “Caspian Telecom” MMC şirkətlərinin də təsisçisi olub.
Bu cinayət işi ilə bağlı tam dosye Musavat.com saytındadır. Təfsilatları serial şəklində dərc edəcəyik.
Musavat.com

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025