Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 11:31)
Məhkum bankirin Britaniyadakı 5 milyonluq hesabına həbs qoyuldu - Yenilənib

mehkum-bankirin-britaniyadaki-5-milyonluq-hesabina-hebs-qoyuldu


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi icra şöbəsinin təqdimatını təmin edib.

Qərara əsasən, Nadir İsmayılova məxsus bank hesabındakı 5,4 milyon manat üzərinə həbs qoyularaq müsadirə edilib.

***

Əldə etdiyimiz digər məlumata görə, Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndiriməsi idarəsi tərəfindən xarici ölkələrə çıxarılmış əmlakların izlənməsi və aşkar olunması istiqamətində Azərbaycan Maliyyə Monitorinqi Xidməti ilə birgə həyata keçirilən tədbirlər nəticəsində “Zaminbank” ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılovun məhkum edildikdən sonra Birləşmiş Krallıqda bank hesabında 2.092.965,32 Britaniya Funtu dəyərində pulu və 2.450.000 Britaniya Funtu dəyərində daşınmaz əmlakı aşkar olunub. 

Baş Prokurorluğun müraciətinə əsasən, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin təqdimatı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2025-ci il tarixli qərarı ilə Nadir İsmayılovun məhkum edildikdən sonra Birləşmiş Krallıqda bank hesabında 2.092.965,32 Britaniya Funtu dəyərində pulu və 2.450.000 Britaniya Funtu dəyərində daşınmaz əmlakı müsadirə edilib.

Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub.

Mənimsəmə, dələduzluq və digər cinayətlərdə təqsirli bilinən İsmayılov 10 il azadlıqdan məhrum edilib.

Məhkəmə istintaqı ilə sübut edilib ki, “Zaminbank”ın ümumi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır. Sözügedən səbəbdən bank sahibinin Bakının müxtəlif ərazilərində olan daşınmaz obyektləri, o cümlədən lüks avtomobilləri müsadirə edilmişdi.

шаблоны для dle 11.2

Xəbər lenti
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
6 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025