Sosial (Dünən, 12:12)
Nazirlik Cavadxan 17 ünvanında ağacların obyektin içərisinə salınmasına görə hərəkətə keçdi - FOTOLAR

Qlobal.az-ın işıqlandırdığı bu məsələyə aidiyyatı dövlət qurumları heç bir reaksiya vermirdi.
Sözügedən məsələ ilə bağlı nəhayət ki, Ekologiya və Təbii Sərvətlər nazirliyi açıqlama verib.
11 saylı Regional və ekologiya İdarəsinin açıqlamasında deyilir:
"Cavadxan küçəsi 17 saylı binanın qarşısında əvvəllər mövcud olan bir mərtəbə köhnə tikilinin dam örtüyünün yenilənməsi zamanı tikintinin içərisində köküstə yaş bioloji inkişafda olan 1 ədəd şam, 1 ədəd sərv, 1 ədəd safora ağacının gövdə hissəsinin ətrafı 10-15 sm açıq saxlanılmaqla süni daş materialı olan beton örtüyü ilə əvəz edilərək zədələndiyi müəyyən edilmişdir.
Qeyd olunanlarla bağlı yaşıllıqların nəzarətdə saxlanılması məqsədilə obyektin ətrafında və daxilində köküstə yaş və bioloji inkişafda olan yaşıllıqların qeydiyyatı götürülmüşdür.
"Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanununun tələblərinin pozulması faktı ilə bağlı Məmmədov Elnur Sahib oğlu barəsində akt və protokol tərtib olunmuş, qanun pozuntusunun aradan qaldırılması üçün Məmmədov Elnur Sahib oğluna icrası məcburi olan müddətli "Məcburi tələb" verilmişdir.
Odur ki, mövcud qanun vericiliyin tələblərinə uyğun olaraq tikinti daxilində yerləşən ağacların ətrafının tikintidən azad olunaraq əvvəlki vəziyyətə qaytarılması, aqrotexniki qaydalara uyğun olaraq qulluq göstərilməsi və mühafizəsinin təmin edilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Birliyinə, yaşıllıqların tikintidən azad olunması və sözügedən işlərin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Fövqaladə Hallar nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət məktubu ünvanlanmış, ərazi tərəfimizdən nəzarətə götürülmüşdür".
Qeyd edək ki, ərazidə yaşayan sakinlər obyektin inşası zamanı onların istirahətləri üçün nəzərdə tutulan kiçik istirahət parkının da ərazisinin tikinti tərəfindən zəbt olunduğunu deyirlər.
Cahandar Laçınlı
Qlobal.az







Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025