Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (25-02-2025, 21:32)
Maştağada ağaclar qırılır - Polisdə cinayət işi açıldı

mastagada-agaclar-qirilir


Bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan bir qrup sakin müraciət edib.

Onların sözlərinə görə, axşamlar işıqlar söndürülür və qaranlıqda ağacları məhv edirlər ki, sakinlər görə bilməsinlər: “Həmin ərazidə 40-50 yaşında ağaclar var idi. Başladılar orada obyekt tikməyə. Obyektə görə o ağaclardan təxminən 20-25-i kəsildi. Əvvəlcə budadılar ki, hiss olunmasın, sonra kəsməyə başladılar. Hamısı da zeytun və şam ağacları idi. Bu məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsi vacibdir. Bu qanunsuzluğu edən cəzalandırılmalı, digər ağaclar xilas edilməlidir”.

Problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazidə qanunsuz ağac kəsintisi faktı aşkar edilib: “Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində qanunsuz ağac kəsintisi faktı aşkar edilib.Araşdırma zamanı ağacların vətəndaş Qənirə Quliyevaya məxsus qeyri-yaşayış obyektinin ətrafında kəsildiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır”.

***

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026