Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (28-01-2025, 16:22)
Vilyam Hacıyevin oğlu arvadı ilə “Range Rover”i bölə bilmir

vilyam-haciyevin-oglu-arvadi-ile-range-roveri-bole-bilmir


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həyat yoldaşı uzun illər prokurorluqda işləmiş Məhəmməd Hacıyevi məhkəməyə verib.

Mübahisə səbəbi isə keçmiş prokuror M.Hacıyevin “Range Rover” markalı avtomobilidir.

İddiaçı C.Hacıyeva “Range Rover”in birgə evlilik dövründə alındığını əsas gətirərək yarısına pay hüququnun tanınmasını tələb edir.Maraqlıdır ki, Hacıyevlər rəsmən boşanmayıblar. Onlar evli ola-ola əmlak davası edirlər. Cavabdeh Hacıyev isə arvadının tələbi ilə razılaşmır. Bu səbəbdən iş məhkəməyə qədər gəlib çıxıb.

Daha bir diqqətçəkən məqam isə bu avtomobil Vilyam Hacıyevin cinayət işi ilə bağlı dövlət nəfinə müsadirə edilməsidir. Görünən odur ki, bu tələbi qəbul edilsə, iddiaçı müsadirə qərarına qarşı da məhkəmə başladacaq.

Qeyd edək ki, Vilyam Hacıyev İmişlinin icra başçısı olduğu müddətdə oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru işləyib. Atası korrupsiya cinayətlərinə görə 8 il 6 aylıq həbsə məhkum edildikdən bir müddət sonra övladı öz ərizəsi ilə prokurorluqluqdakı işindən ayrılıb. 

Xatırladaq ki, V.Hacıyev həbs ediləndən sonra özü və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
28 01 2025
28 01 2025
28 01 2025
28 01 2025
28 01 2025
28 01 2025
28 01 2025
28 01 2025
28 01 2025
28 01 2025
28 01 2025
28 01 2025