Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (17-01-2025, 06:12)
Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT

Müştərilər “Premium Bank”dakı pullarını geri götürür
Müştərilər tərəfindən “Premium Bank” ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.
Yeniavaz.com xəbər verir ki, 2023-cü illə müqayisədə 2024-cü ildə fiziki şəxslərin “Premium Bank”dakı depozitləri 11,7% və ya 38,8 milyon manat, hüquqi şəxslərin bankdakı depozitləri isə 10,6% və ya 10,2 milyon manat azalıb.
Bu ilin əvvəlinə olan məlumata görə, fiziki şəxslərin “Premium Bank”da 292 milyon, hüquqi şəxslərin isə 85,7 milyon manat depoziti olub.
Qeyd edək ki, son 3 ildir hüquqi şəxslərin “Premium Bank”da yerləşdirdikləri depozitlər davamlı olaraq azalır. Belə ki, hüquqi şəxslərin “Premium Bank”dakı depozitləri 2021-ci ildə 191 milyon, 2022-ci ildə 125,8 milyon, 2023-cü ildə isə 95,9 milyon, 2024-cü ildə isə 85,7 milyon manat olub.
Məlumat üçün bildirək ki, “Premium Bank”ın əsas səhmdarı AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. 1994-cü ildə “AZAL Səhmdar Kommersiya Bankı” kimi fəaliyyətə başlayan, daha sonra adını 2 dəfə dəyişərək, əvvəlcə “Bank Silk Way” ASC, hazırda isə “Premium Bank” ASC adlanan bankın səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.
Onu da bildirək ki, son illər Azərbaycanda bağlanan bankların sayı artıb. Belə ki, təkcə son 2 ildə 3 bankın lisenziyası ləğv olunub. 2023-cü ildə Mərkəzi Bank tərəfindən 2 bank – “Günay Bank” ASC və “Muğanbank” ASC, 2024-cü ildə isə “Naxçıvanbank” ASC bağlanıb.

шаблоны для dle 11.2

Xəbər lenti
19 01 2025
19 01 2025
19 01 2025
19 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025
18 01 2025