Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-01-2025, 11:58)
Akif Marifliyə yeni vəzifə verildi

Akif Marifliyə yeni vəzifə verildi
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə yeni rəhbər təyin edilib.

Bu vəzifəyə Akif Marifli təyin edilib.

O bu təyinata qədər Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumatı təsdiqləyib.

Qeyd edək ki, Akif Marifli Bakı Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr, Türk dünyası tarixi ixtisası üzrə magistr təhsili alıb.

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun doktoranturasında təhsilini davam etdirib. Tarix üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının elmlər doktoru proqramı üzrə doktoranturasını bitirib.

Əmək fəaliyyətinə Şərqşünaslıq İnstitutunda elmi işçi kimi başlamış, sonra fəaliyyətini Fövqəladə Hallar Nazirliyində davam etdirib.

Daha sonra “AzBookGroup” MMC və “LIBRAFF” MMC-də direktor və Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri vəzifələrində çalışıb.

/Azxeber.Com
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025