Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Mediatv.az-a bildirilib ki, vatsap qruplarında qurum adından yayılan xəbərdarlıq məzmunlu mətnlər feykdir.
“Bununla bağlı tərəfimizdən hər hansı məlumat paylaşılmayıb. Naməlum şəxslərin hansısa yoxlama, sorğu aparması ilə bağlı polis orqanlarına hər hansı məlumat daxil olmayıb”, - rəsmi qurum bəyan edib.