Sosial (Bu gün, 12:48)
Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti elektronika məhsulları mağazası “Soliton LTD” MMC qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə barəsində protokol tərtib edilib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2024-cü ilin yanvar – dekabr ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumatında bildirilir.
Məlumata görə, şirkət “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 5-ci, 7-ci və 16-cı maddələrinə uyğun olaraq inzibati xəta etdiyi iddia edilir. Həmin qanun 6-cı maddəsinə görə, istehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir. 7-ci maddəsinə görə, satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. 16-cə maddəyə əsasən isə stehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir.
Bildirilir ki, “Soliton LTD” MMC barəsində 27 dekabr 2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə inzibati protokol tərtib edilib. Bu maddəyə görə, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, “Soliton LTD” MMC 2002-ci ildə təsis edilib və hazırda 9000 manat nizamnamə kapitalı var. Şirkətin direktoru Müseyib Bağırov Abbas oğludur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
9 01 2025
8 01 2025
8 01 2025