Sosial (Dünən, 15:14)
SOCAR-da ALAÇİY KADR İSLAHATLARI... - Araşdırma aparıldığı deyilsə də...
"SOCAR prezident cənab Rövşən Nəcəfinin 18 dekabr 2024-cü il tarixli, 14-2/3-1K-663-2024 saylı əmri ilə SOCAR Geologiya və Geofizika idarəsinin əməyin mühafizəsi üzrə rəis müavini Elxan Ələsgərov, 25 dekabr 2024-cü il 14 -2/3-1K-671-2024 saylı əmri ilə rəisin 1-ci müavini Sarvan Mansurov tutduqları vəzifədən azad olunub". "DİA-AZ" xəbər verir ki, bu məlumatı öz açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı paylaşıb.
O daha sonra bu dəyişikliyi ilginc formada şərh edib: "Bildiyiniz qədər ötən ilin mart ayından təşkilatımıza (NHMT nəzərdə tutulur -red.) mütamadi olaraq SOCAR Geologiya və Geofizika idarəsində baş verən müxtəlif qanun pozuntuları, araşdırılmasına ciddi ehtiyac duyulan korrupsiya ehtimallı hadisələr, və əlaqədar şəxslər haqqındakifayət qədər məlumat yayılmışdı:
✅ GGİ -nin kəşfiyyat Geofizika bölümündə şübhəli kabel əməliyyatı
✅ «Grand Caucasus Ltd». avadanlıq əməliyyatı
✅ İstanbuldakı «Platinum Group Dış Ticaret limited»şirkəti, ilə əlaqadar bəzi müəmmalar
✅ Gil adası Sara dənizinin tranzit zonalarında dəyaz sularda katamaran və kiçik gəmi əməliyyatı, və s.
Təşkilatımıza verilən məlumatda o da qeyd olunurdu ki, təqdim olunan faktlar "araşdırıldıqdan" sonra, SOCAR rəhbərliyi tərəfindən GGİ-də yoxlamalar aparılmış və idarənin keçmiş rəhbəri E.Sirinov öz ərizəsi ilə işdən azad edilib, "tənzimləmə" aparıldıqdan sonra başqa işlə təmin olunub. Düşünürəm ki, növbəti "tənzimləmə" halı hazırda tutduğu vəzifəsindən azad olunan şəxslərə də tədbiq olunar..."
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025