Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (23-02-2015, 17:19)
Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi” açılır

Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi” açılır

Sərgi həftənin cümə, şənbə və bazar günləri işləyəcək.

Fevralın 23-də Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”nin açılış mərasimi keçiriləcək. 

"Mediatv.az" xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyası, Almaniyanın Classic Remise və Fransanın Şlumpf kolleksiyası Milli Avtomobil Muzeyi ilə birgə təşkil olunan sərgidə avtomobilin yarandığı ilk dövrlərdən -  XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdiriləcək.

Bu gün ən son yeniliklərə uyğun avtomobillərin istehsal olunmasına baxmayaraq, dövrümüzədək dəbdən düşməyən, ən əsası isə keyfiyyətini itirməyən avtomobillər var. Hətta hazırda istehsal edilməsə belə, yenə də avtomobil həvəskarlarının marağında olan markalar var. Ziyarətçilər məhz bu maraqdan irəli gələrək təqdim edilən sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixinə ekskursiya edəcək, avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə tanış ola biləcəklər.

İlk dəfə olaraq belə geniş eksponatlarla təşkil olunan sərgidə, həmçinin müxtəlif dövrlərə aid yanacaqdoldurma qurğuları, yol nişanları, avtomobillər haqqında nəşrlər və digər aksesuarlar, eləcə də arxiv materialları əsasında hazırlanan video çarxlar  nümayiş olunur.   Qeyd edək ki, sərgi ərəfəsində Azərbaycan Avtomobil Federasiyasının avtomobil tarixi haqqında “Tarixə dörd çarxla” kitabı nəşr olunub. Nəşrdə müxtəlif ölkələrdə ayrı-ayrı illərdə istehsal olunan avtomobillər bərəsində məlumatlar, fotolar təqdim edilir.  

Sərgi həftənin cümə, şənbə və bazar günləri işləyəcək.

Biletləri Heydər Əliyev Mərkəzinin kassasından və yaxud Mərkəzin rəsmi internet saytından (www.heydaraliyevcenter.az) əldə etmək mümkündür.

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025