Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (7-03-2015, 21:33)
“Ya öləcək, ya da həbsə girəcək...”

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Urfan Tapdıq oğlu Rzayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir

 

"Mediatv.az" saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Elbəy Allahverdiyev sədrlik edir.
Hadisə 2014-cü il, sentyabr ayının 4-də Göygöl rayonun Quşqara kəndi ərazisində baş verib. İstintaq yolu ilə müəyyən edilib ki, Urfan Rzayev Quşqara çayının kənarında şəxsi münasibətlər zəminində Kamal Rüstəmovla dalaşıb. İnsident zamanı Urfan Rzayev bıçaqla Kamal Rüstəmovun qarın və sinə nahiyəsindən iki zərbə vurub. Hadisə zamanı Urfan Rzayev özü də müxtəlif bədən xəsarətləri alıb.
Hər iki şəxs Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da Kamal Rüstəmov xəstəxanada dünyasını dəyişib. Urfan Rzayev isə reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs qismində dindirilən Urfan Rzayev ifadəsində hadisə zamanı Kamil Rüstəmovla mübahisə etdiklərini göstərib: “Birdən arxadan hiss etdim ki, kimsə kürəyimdən vurdu. Geri dönəndə yerə yıxıldım. Həmin bıçaqla Kamili vurdum, sonra kənara itələdim. Orada ikimizdən başqa heç kim olmayıb. Kamal yıxıldı, başı yerə dəydi”.
Zərərçəkmiş Əli Rüstəmov isə Urfan Rzayevin yalan danışdığını məhkəmənin diqqətinə çatdırıb: “Onun Kamala gücü çatmazdı. Özü desin neçə nəfər olublar orada. Tərəflər arasında düşmənçilik münasibətləri olub. Mən sexdən çıxanda gördüm ki, Kamal böyrünü tutub gəlir. Ayaq üstə idi. Mən yaxınlaşanda yıxıldı. Qanı tökülürdü. Dedi ki, məni bıçaqlayıb qaçdılar”.
Mərhumun bacısı İlahə Rüstəmova virtualaz.org saytına açıqlamasında qardaşı Kamal Rüstəmovun 2007-ci ildə Urfan Rzayevin bacısı Yaqutla evləndiyini deyib: “Urfanın atası Tapdıq uzaq qohumumuzdur. Tapdığın beş müəssisəsi olub, imkanlı şəxsdir. Moskvada bizneslə məşğuldur. Gəncə şəhərində araq və çaxır istehsalı ilə də məşğul olub. Qardaşım Kamal həmin müəssisədə satış üzrə menecer işləyirdi. Şadlıq evlərinə içkilərin paylanması ilə məşğul olurdu. 2014-cü ildə qardaşımla qaynatası arasında narazılıqlar yaranmışdı. Qaynatası Tapdıq hər yerdə deyirdi ki, kürəkənimi mən dolandırıram”.
İ.Rüstəmovanın sözlərinə görə, bu soyuqluğun nəticəsi olaraq Kamalla Yaqut ayrılıblar. Bundan sonra Kamal Rüstəmov Göygöl rayonunun Quşqara kəndində limonad sexi açıb. Biznes qurmaq üçün ailəsinə məxsus evi satıb, banklardan kredit götürüb. Amma keçmiş qaynatası Kamalın biznes fəaliyyətinə mane olmağa başlayıb: “Kamal limonadları ayrı-ayrı dükanlara 40 qəpiyə təklif edirdisə, onlar izləyib həmin dükanlara ziyana da olsa belə limonadları 25 qəpiyə təklif edirmişlər. Hətta dükan sahiblərinə də tapşırırmışlar ki, heç kim Kamaldan mal almasın. Tapdıq da, oğlu Urfan da qardaşımı tez-tez hədələyirdilər, deyirdilər necə ki biz varıq, sən burdan xeyir götürə bilməzsən.
Keçən yay qardaşım bizə gəlmişdi. Həmişə problemi olanda mənimlə bölüşürdü. Soruşdum ki, nə olub, niyə fikirlisən. Dedi qaynatam Tapdıq qohumların birinin yas məclisində deyib ki, Kamalı ya öldürtdürəcəm, ya da cibinə narkotik qoydurub həbs etdirəcəm. Həmin qohumumuz da qardaşıma ehtiyatlı olmağı tapşırıb. Onların belə bir iş görəcəklərinə inanmırdım. Çünki ortada uşaq var idi. Həm də fikirləşdim ki, Tapdıq bir nəsli ortaya bölməz. Biz həm də qohumuq. Tapdıq Rzayev anamla xalauşağıdır. Moskvada biznesləri olduğu üçün orada yaşayır”.
Mərhumun bacısı istintaqın düzgün aparılmadığını, təqsirləndirilən şəxsin yalan danışdığını bildirir: “Göygöl Rayon Prokurorluğunun müstəntiqi Rövşən Əmrahov qardaşımın ölümündə əli olan digər iki şəxsi gizlədir. Hadisəni görənlər deyirlər ki, Urfan tək olmayıb. Üç nəfər olublar. Əks təqdirdə Urfanın qardaşıma gücü çatmazdı. Bu işi planlı şəkildə həyata keçiriblər. Urfan isə birinci zərbə aldığını ona görə deyir ki, guya özünü müdafiə edib. Onun danışdıqlarının hamısı yalandır. Urfanın atası Tapdıq Rzayevin də bu işdə əli var”.
İ.Rüstəmova istintaqın qeyri-obyektiv aparılması ilə bağlı baş prokurora və ölkə başçısına müraciət etdiklərini deyir.
Məlumat üçün bildirək ki, mərhum Kamil Rüstəmov həbsdə olan jurnalist Pərviz Həşimlinin qaynıdır.
Məhkəmə prosesi martın 10-da da davam etdiriləcək.

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025