Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (25-04-2014, 10:14)
Çay evində ölümlə bitən Qarabağ “razborka”sı

Bu gün Baki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Həsənov Ənvər Kamran oğlunun, Şücai Qulam Məhərrəm oğlunun və Ağayev Pərviz Elxan oğlunun məhkəmə prosesi keçirilib. Prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

 

Virtualaz.org saytının məhkəmədə iştirak edən müxbirinin verdiyi məlumata görə, ötən il oktyabr ayının 18-də Binəqədi rayonu, Naxçıvani küçəsi, 13 ünvanındakı “Magic Club” çay evində işləyən Ənvər Həsənov həmin çay evinə müştəri qismində gələn Məmmədzadə Səttar Fərəməz oğluna mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Müəyyən edilib ki, Ənvər Həsənov hadisə baş verən gün dostu Pərviz Ağayevlə şərik işlətdikləri çay evində olarkən Səttar Məmmədzadə ilə Ceyhun İdrisov ora gəliblər. Öz aralarında söhbət edərkən həmin vaxt orada olan Qulam Şücai onların “Vorovski” qəsəbəsində yaşadığını bilib. Qulam söhbətə müdaxilə edərək həmin qəsəbədə yaşamış cinayətkar aləmdə məşhur olan bir neçə şəxsi tanıyıb-tanımadıqlarını soruşub. Səttarla Ceyhun belə adamlar tanımadıqlarını deyiblər.
Qulam həmin şəxsləri tanımamalarını Səttarla Ceyhuna irad tutub. “Həmin qardaşları tanımayanlar özlərini tanımır, deməli, yaxşı oğlanlar deyilsiniz” deyib.
Bununla bağlı gənclərin aralarında mübahisə yaranıb.  Qulamın dediklərini dostları Pərvizlə Ənvər də təsdiqləyiblər. Yaranmış mübahisəni aydınlaşdırmaq üçün çay evinin ikinci kabinetinə keçmək təklif olunub.
Kabinetə keçərkən Pərviz Səttarın çənəsindən vuraraq ona xəsarət yetirib. Qulamla Ənvər “vurulmalı idi, vurdu” deyərək dostlarının  hərəkətinə haqq qazandırıblar.
Mübahisə daha da qızışıb. Ənvər cibindən çıxardığı bıçaqla Səttara 9 zərbə endirib. Yaralı Mərkəzi Kliniki Xəstəxanaya çatdırılaraq əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Təqsirləndirilən şəxs qismində ifadə verən Ənvər Həsənov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bildi. O, ifadəsində heç kimi öldürmək niyyətində olmadığını göstərdi: “Çayxananı dostlarımla şərik işlədirdik. Həmin gecə müştərilərdən başqa Pərviz, Qulam, Nəzakət də çayxanada idilər. Nəzakət müştərilərə xidmət edirdi. Pivə içmək üçün kabinetdən çıxanda barın arxasında Qulamın iki oğlanla söhbət etdiyini, viski içdiklərini gördüm. Əvvəlcə sakit söhbət etsələr də sonradan mübahisə etməyə başladılar.
Qulamla söhbət edən oğlanlardan birinin adı Səttar, digərininki Ceyhun idi. İkisi də içkili idilər. Qulamla həmin oğlanların arasında “Vorovskidə ad qoyan blatnoy oğlanlar” haqda söhbət gedirdi. Söhbəti kimin başladığını bilmirəm. Səttarın Qulama ”Nardaranda elə adam adı çəkərəm ki, siz sakit dayanarsınız”deməsini eşitdim. Ona “əgər kiminsə adını çəkəcəm deyirsənsə, gərək çəkəsən, elə adam yoxdu sən adını çəkəsən, biz sakit dayanaq” dedim.
Səttar ad çəkmədi və Ceyhunla aralarında söhbət edib güldülər. Səttargilə tərəf keçib ayaqüstə dayandım. Səttar mənə “Qarabağ müharibəsi olsa, getməzsiniz” dedi. Onun belə deməsi mənə pis təsir etdi. “Əgər müharibə olarsa, gedəcəyəm” deyə cavab verdim. Səttar isə öz-özünə söyüş söyərək müharibə olacağı təqdirdə bizim döyüşə getməyəcəyimizi təkrarladı.
Bu vaxt Pərviz də söhbətə qoşulub Füzuli rayonundan olduğunu, müharibə olarsa, hamımızın davaya gedəcəyini dedi. Mübahisə də elə buna görə yarandı. Amma dava-dalaş düşmədi. Hər ikisinə dedim ki, içkilisiniz, gedin, sabah gələrsiniz, söhbət edərik. Səttar təkbətək gəlib söhbəti çürütməyənin ünvanına söyüş söydü. Mən kabinetdən çıxanda Səttar da arxamca gəldi. Bıçaq çıxarıb əlimdə saxladım. Səttarla üzbəüz dayanan kimi yenə də söyüş söydü. Mən də bıçaqla zərbələr endirdim.
Hadisə zamanı Ceyhunla Qulama fikir vermədim. Çay evindən necə çıxdığımı bilmirəm. Səttarı öldürmək niyyətim olmayıb. İçkili olmuşam. Hadisə mərkəzi sinir sistemimdə olan əsəb problemi ilə əlaqəli olub. Səttarı öldürmək üçün heç bir plan qurmamışam”.
Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Qulam Şücai ona elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini, hadisə zamanı dalaşanları ayırmaq niyyətində olduğunu göstərdi.
Mərhumun atası Fərərməz Məmmədzadə zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verdi. O, ifadəsində göstərdi ki, 1985-ci il təvəllüdlü oğlu Səttar 2008-ci ildə Türkiyənin Sabançı Universitetinə daxil olub. İki il sonra isə Dövlət İqtisad Universitetinə köçürülüb.  2013-cü ildə həmin universiteti bitirib. Bir sıra Avropa ölkələrində kurslarda olub. Oğlunun ölümündən sonra bilib ki, onu Ənvər adlı çay evinin sahibi qətlə yetirib.
Məhkəmə prosesi mayın 2-də saat 10:30-da davam edəcək.
шаблоны для dle 11.2

Xəbər lenti
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
17 09 2024
17 09 2024