Sosial (4-03-2015, 19:23)
İşdən qovulan direktorun yerinə təyinat
Şabran rayon əhalinin sosial müdafiəsi mərkəzinə yeni direktor təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müvafiq əmrinə əsasən Məmmədov Elman Şabran rayon əhalinin sosial müdafiəsi mərkəzinə direktor təyin olunub.
Xatırladaq ki, S.Müslümov nazir təyin olunduqdan sonra Şabran ƏƏSM-nin 2010-2013-cü illər ərzindəki fəaliyyəti araşdırılmışdı və bir sıra qanun pozuntuları aşkar edilmişdi. Nəticədə şöbənin müvafiq vəzifəli şəxsləri tutduqları vəzifədən azad olunmuşdu.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev “Qafqazinfo”ya açıqlamasında Şabran ƏƏSM-ə yeni direktor təyin olunması barədə məlumatı təsdiqləyib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025