Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (21-06-2024, 09:19)
Sosi-kolbasa sektoru rəsmən ÖZBAŞINA QALIB...

Sosi-kolbasa sektoru rəsmən ÖZBAŞINA QALIB...
Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 823,6 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar və analoji məhsullar idxal edilib.

Ekspertlərin fikrincə, ət və ət məhsullarının idxalının artmasına səbəb bu məhsullara olan marağın artmasıdır.

Maraqlıdır, xaricdən idxal olunan kolbasa və sosislərə marağın armasına səbəb nədir?

Məsələ ilə bağlı fikirlərini “Cebhe.info”-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, ət və ət məhsulları bazarında kifayət qədər saxta məhsullar var:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan araşdırılmalar zamanı məlum olub ki, satılan bir çox kolbasa və sosislərin tərkibində kimyəvi qatqılar var. Bu, insanların sağlamlığı üçün çox zərərlidir. Eyni zamanda, yerli müəssisələrin istehsalı olan kolbasa və sosislərin keyfiyyətinə də vətəndaşlar şübhə ilə yanaşırlar. Nəticədə yerli müəssisələrin istehsalı olan kolbasalara təlabat azalır və xaricdən idxal olunan kolbasalara maraq isə artır”.

Ekspert vurğulayıb ki, bazarda satılan xarici kolbasa və sosislərə maraq çox olsa da, idxal bazarı məhdudur:

“Bu səbəbdən kolbasa və sosislərin qiyməti dəyərində baha qiymətə daxili bazarda satılır. Əsasən ölkəyə kolbasa və sosislər Rusiya və Ukraynadan gətirilir. Lakin Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ölkəmizə Rusiya məhsullarının idxalı qisməN məhdudlaşdırıldı”.

Ekspert qeyd edib ki, yerli müəssisələrin istehsalı olan kolbasa və sosislərin dadı, idxal olunan kolbasa və sosislərdən ciddi şəkildə fərqlənir:

“Xaricdən idxal olunan kolbasanın dadı yerli firmaların istehsal etdiyi kolbasaların dadından fərqlənir. Məsələn, ətin dadında, duzunda və digər qatqılarda seçildikləri üçün xarici kolbosa və sosislərə maraq çoxdur”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024