Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-02-2015, 17:09)
Nicat Hacızadə : “Müalicə fondları yaradılmalıdır“

Bildiyiniz kimi hal-hazırda ölkəmizdə son illər aparılan iqtisadi-sosial islahatlar ölkəmizin həyat səviyyəsini və rifah halını yüksəltməkdədir

 

Ölkə prezidentinin müəllifi olduğu bir sıra sosial müdafiə modelləri və layihələri bir sıra dünya ölkələri tərəfindən daimi olaraq öyrənilməkdədir. Sosial sahələr dedikdə təkcə biz əhalinin maddi durumu yox, təhsil və elm səviyyəsi, Mədəniyyət və ən əsası səhiyyədir. Ölkəmizdə səhiyyə sistemi davamlı olaraq Ölkə Prezidenti qayğısı nəticəsində 2003-cü ildən bu yana davamlı inkişaf edir. Amma gəlin etiraf edək ki, həm spesifik sahələr üzrə həkim çatışmamazlığı, o cümlədən və cəmiyyətin əsas problemi olan sosial durumu zəif olan şəxslərin pulsuz müalicəsi üçün şərait olmaması və həmin şəxslər üçün səhiyyə nazirliyi tərəfindən pul vəsaitinin ayrılmaması.
Məsələyə münasibət bildirən İqtisadçı Nicat Hacızadə bildirib ki, ölkəmizdə sosial inkişaf cəhətdən zəif nöqtələrdən biridə səhiyyə sistemidir. “ Qeyd edim ki, bu gün ölkəmizdə sosial sektora aid olan səhiyyə sistemin fəaliyyəti qənaət bəxş deyil. Dövlət büdcəsindən səhiyyə sistemi üçün ayrılan məbləğlər lazımi yerlərə xərclənmir. Bu gün ölkəmizdə sosial durumuz qəanət bəxşdən də aşağı olan və müalicəsi üçün külli miqdarda pullar tələb olunan ailələrə Səhiyyə nazirliyi tərəfindən ya pulsuz müalicə təşkil edilməlidir və ya müalicə üçün pul ayrılamlıdır.
Müalicə fondlarının yaradılmasını təklif edən iqtisadçı Nicat Hacızadə hesab edir ki, bu yolla ölkədə sağlamlıq səviyyəsini qaldırmaq olar. “Bilirsiz, sosial rifah təkcə maddiyatla bağlı deyil, əhalinin təhsil səviyyəsi, sağlamlığının qorunmasıda sosial rifahdan sayılır. Bu gün dünya təcrübəsinə baxsaq Səhiyyə nazirliklərinin nəzdində Müalicə fondları fəaliyyət göstərir ki, müalicə üçün nəyə ehtiyac duyulursa fondlar tərəfindən qarşılanır. Bu gün Ulu öndər Heydər Əliyev Fondunun sırf səhiyyənin inkişafı sahəsində apardığı fəaliyyət yerli və dünya fondlarına nümunədir. Amma Heydər Əliyev fondunun fəaliyyət sahəsi çox genişdir. Hesab edirəm ki, Müalicə fondlarının yaradılması ölkədə sosial durumu zəif olan ailələrin sevincinə səbəb olacaqdır.
Özəl klinikaları ictimai fəaliyyətinin sıfır vəziyyətində olduğunu bildirən iqtisadçı, klinikaları humanizmə və ictimai məsuliyyətə dəvət edib. “Bu gün əksər özəl klinikaların fəaliyyəti aşağı xidmətlə yüksək pula satılır. Xaricdən ixtisası bilinməyən həkimlər gətirirlər. Mən özəl klinikaları bu tip məsələlərdə daha məsuliyyətli olmağa dəvət edirəm. Sosial durumu aşağı olan xəstələri pulsuz müalicə etməyə dəvət edirəm.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025