Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (28-10-2014, 22:13)
Azərbaycanda demoqrafik tendensiya dəyişir

Səlim Müslümov: "Ölkəmizdə ömür uzunluğunun 4,6 il artaraq 74,2 yaşa çatdığı müşahidə olunur"

Bakıda səfərdə olan BMT-nin Əhali Fondunun nümayəndələri dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) gələrək burada qurumun rəhbərliyi ilə görüşüb. Görüşdə Azərbaycanda demoqrafik vəziyyət, əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində atılan addımlar və ƏƏSMN ilə BMT-nin Əhali Fondu arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

"Həftə içi" xəbər verir ki, görüşdə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə əhalinin sosial təminatı, demoqrafiya sahəsində əldə edilən nailiyyətlər barədə danışıb. 1994-cü ildən etibarən ƏƏSMN ilə BMT-nin Əhali Fondu arasında fəal əməkdaşlıq həyata keçirildiyini qeyd edən nazir bildirib ki, həmin il Qahirədə qəbul edilmiş "Əhali və İnkişaf" üzrə Fəaliyyət Proqramının prinsiplərinin ölkənin ümumən inkişaf strategiyasında nəzərə alınması üçün müvafiq tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, 1999-cu ildə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda "Demoqrafik İnkişaf Konsepsiyası", 2004-cü ildə isə "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı" qəbul olunub: "Hər iki sənəddə, habelə 2014-2025-ci illəri əhatə edən növbəti "Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı" layihəsində həmin Fəaliyyət Proqramının prinsipləri nəzərə alınıb. Yeni dövlət proqramının əsas məqsədi ölkəmizin demoqrafik sahədə növbəti on il üçün inkişaf istiqamətlərini müəyyən etməkdir".

Səlim Müslümov Azərbaycanda sosial-iqtisadi tərəqqi proseslərində insan amilinin ön planda dayandığını da söyləyib. O qeyd edib ki, Azərbaycanda əhalinin sosial rifah halı mütəmadi olaraq yüksəlir və bunun sayəsində ölkədə yoxsulluq səviyyəsi kəskin şəkildə azalaraq 5,3 faizə, işsizlik 5 faizə enib: "Bütün bunlar nəticə etibarilə demoqrafik vəziyyətə müsbət təsir göstərir. Hazırda respublika əhalisinin sayında sabit artım dinamikası müşahidə olunur. 1994-cü ildən sonra ötən dövrdə Azərbaycan əhalisinin sayı 26 faiz artaraq 9,5 milyona çatıb. Hazırda Azərbaycanda əhalinin illik artım tempi 1,3 faiz təşkil edir. Həmçinin körpə və uşaq ölümü halları 2,3 dəfə və 3,5 dəfə azalıb. Müsbət demoqrafik tendensiya doğulanda gözlənilən ömür uzunluğunun da 4,6 il artaraq 74,2 yaşa çatması ilə müşaiyət olunub".

Nazir dövlət başçısının tapşırığına əsasən, ölkənin demoqrafik inkişaf prosesi, əhalinin sabit artım tempi nəzərə alınmaqla ölkədə uzunmüddətli məşğulluq strategiyasının hazırlanmasına başlandığını vurğulayıb: "Azərbaycanın "Əhali və İnkişaf" üzrə Beynəlxalq Konfransda qəbul edilmiş Fəaliyyət Proqramının icrası sahəsində qazandığı uğurlar nəzərə alınaraq, 2015-ci ildə ölkəmizdə "2015-ci ildən sonrakı dövrdə əhali və davamlı inkişaf" və ya "Əhali və İnkişaf" üzrə Beynəlxalq Konfransda qəbul edilmiş Fəaliyyət Proqramı və Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsi nəticəsində əldə olunmuş nailiyyətlər: regional baxış" mövzusunda beynəlxalq regional konfrans təşkil oluna bilər".

BMT-nin Əhali Fondunun icraçı direktorunun müavini xanım Anna Birgit Albrektsen isə Azərbaycanın sosial-iqtisadi inkişafın mühüm uğurlarından biri kimi, demoqrafik proseslərin müsbət yöndə getməsinin, habelə ölkəmizin BMT-nin Əhali Fondu ilə davamlı və səmərəli əməkdaşlığının təqdirəlayiq olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycanın gələcək dövrdə demoqrafiya sahəsində strateji hədəflərinə nail olunması üçün BMT Əhali Fondu tərəfindən əməkdaşlıq müstəvisində bütün mümkün dəstək veriləcək.

BMT rəsmisi gələn il Azərbaycanda əhali və davamlı inkişaf məsələlərinə dair beynəlxalq konfransın keçirilməsi təklifini də müsbət dəyərləndirib.

Daha sonra tərəflər arasında əhali sakinliyi və demoqrafik sahədə əməkdaşlıqla bağlı qarşıda duran məsələlər müzakirə olunub.

Qələndər Xaçınçaylı

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024