Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-06-2023, 14:36)
Şərəfli ömür yolu

 






















Yüzündə də səni belə saz görək!
Asif müəllim, yetmiş beşin mübarək ! 

Ömür adlı bir karvan yolu varmış. Bu yolu sonadək gedənlər Yaradanın xoşbəxt yaratdıqları hesab edilir.
Bu yol şərəfli olur o zaman ki, yolun yolçusu - karvanın sarvanı xalqı, milləti, dövləti üçün dəyərli hesab edilir, nümunə göstərilir.
Əlbəttə, xalqımızın belə dəyərli ziyalıları az deyil, onların yolları uzun, ömürləri mənalı olur, buna da mənalı və şərəfli ömür sahibləri deyirlər.
Müəllimlik də belə şərəfli peşələrdən biridir. Bu peşənin şərəfli olması üçün müəllimlərimiz yetişdirdikləri nəsillərin yalnız təliminə yox, tərbiyəsinə də ciddi fikir veriir, onları cəmiyyət, xalq, millət, nəhayət, dövlət üçün yetiuşdirirlər.
Belə şərəfli ömür sahiblərimizdən biri də sizsiniz, Asif müəllim!
Sizin bu şərəfli ömür yolunuzun uzun və mənalı olacağına əminliklə sizi, Ad gününüz – 75 illik yubileyiniz münasibətilə ən xoş arzularımla təbrik edirik! Bu yolda Sizə möhkəm cansağlığı, ailə səadəti və firavan həyat yaraşır və bunu da arzulayıram.
Asif müəllim! Mən müəllimlik peşəsinə sizi öz idealım olaraq seçdim. Siz xalam oğlu ilə fəxr etdim hər zaman, ona görə ki, Siz müəllimlər müəllimisiniz!
Siz həm də cəmi qarabağlıların fəxrisiniz, Siz yalnız Füzulidən olan qohum-əqrabanın doğması, istəklisi deyilsiniz. Sizi uzaqdan-yaxından tanıyan hər kəsin doğması kimi sevilirsiniz!
Yaxşı bilirik ki, Siz bütün mənalı ömrünüzü Azərbaycanda təhsilin inkişafına xidmət edərək, nəcib və xeyirxah əməllərinizlə qəlblərdə yaşamaq səadətini qazanmısınız. Həmişə olduğu kimi, bu əziz gününüzdə də Uca Allahın bəyəndiyi əməllərinizi - sayı-hesabı olmayan xeyirxah işlərinizi böyük səmimiyyət dolu ehtiram və sevgi ilə xatırlayır, ömrünüzün bundan sonrakı dönəmində də hər anının bayram övqatlı olmasını, xoşbəxtliklərlə dolu günlər keçirməyinizi diləyirəm.
Şair olmasam da, sözlə çalışdığımı nəzərə alıb, Sizi aşağıdakı şeir sovqatımla TƏBRİK edirəm!
Siz ulu bir xalqın ziyalısısınız,
Asif müəllim, yetmiş beşin mübarək!
Bu səs-səda yayılacaq hər yana,
Çox olmusuz gənc nəsilə siz gərək,
Asif müəllim, yetmiş beşin mübarək!

Murovun zirvəsi, Göygölün gözü,
Muğanın ceyranlı-cüyürlü düzü,
Qarabağımızın ocağı-közü,
Yanar olsun, istisinə isinək,
Asif müəllim, yetmiş beşin mübarək!

Əyilməz qamətin, şah vüqarın var,
Bütöv Vətənimə Şəhriyarın var!
Əhdinə-andına düz ilqarın var,
Yaradanım olsun sizlərə kömək,
Asif müəllim, yetmiş beşin mübarək!

Yurdsuzların nisgili sən, dərdi sən,
Sınıq könüllərin dərdi-sərisən!
Sən nəsil ocağının bəxtəvərisən,
Kəsmisən xalqınla halal duz-çörək,
Asif müəllim, yetmiş beşin mübarək!

Sevinirəm sizi anlayıb-duyanda,
Halallıq harada, siz də o yanda.
Ziyalılıq kökündə, həm soyunda,
Yüzündə də səni belə saz görək,
Asif müəllim, yetmiş beşin mübarək!

Hörmətlə:
 Ofelya Babayeva
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024