Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (28-01-2015, 20:09)
İcra başçısının oğlunun ölüm işində Səfər Əbiyev rolu – Rəislər danışdı

Kənd Təsərrüfatı nazirinin, eləcə də Şəmkirin rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlunu öldürən Lamiyə Quliyevanın həbsxanada uşaq doğması Ruslan Aslanovun qətli ilə bağlı müəmmaları yenidən gündəmə gətirib.



Məsələ ilə bağlı bir çox qaranlıq məqamlar var və bu barədə ilginc iddiaların ardı-arası kəsilmir.
Bu iddialardan biri də Ruslan Aslanovun işgəncə ilə öldürülməsi barədə istintaqa səhv məlumatların verilməsidir.
AzNews.az-a daxil olan məlumata görə, Ruslanın qətlinin araşdırılmasında Şəmkir rayon polisindən əlavə, Müdafiə Nazirliyinin Şəmkir Rayon Hərbi Polis Şöbəsinin əməkdaşları də iştirak edirmiş. Bildirilir ki, yalnız meyit tapılandan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib. Bu da bəzi məqamların istintaqdan gizlədilməsinə səbəb olub. Hərbi polisin bu işə cəlb olunmasında birbaşa olaraq keçmiş müdafiə naziri Səfər Əbiyevin rolu olub. Belə ki, onun vəzifədə olduğu müddətdə nazirliyin kadr məsələləri qeyri-rəsmi olsa da, nazirlə kirvə olan Aslan Aslanov baxırmış. Buna görə də Aslan Aslanov öz kurasiyasında olan hərbi polisi də qətlin araşdırılması işinə cəlb edib. Məlumata görə, hətta meyiti də ilk olaraq hərbi polis tapıb.

Əməkdaşımız araşdırma apararaq qətlin baş verdiyi tarixdə rayonun hərbi polis rəisinin Elxan Heydərov adlı şəxs olduğunu müəyyən edib və onunla əlaqə yarada bilib.

"ASLAN ASLANOVUN BADINA GETDİM"

Elxan Heydərov AzNews.az-a yayılan məlumatın həqiqətə uyğun olmadığını deyir:"Qətl baş verən tarixdə mən Şəmkirdə olmamışam. Gəncədə xidmət edirdim. Sadəcə yas yerində iştirak etmişəm. Aslan Aslanovu da İcra Başçısı olduğu üçün tanıyırdım və salam-kalamımız var idi. Hadisəni prokurorluq və polis araşdırırdı. Hadisədən təxminən 7-8 ay sonra mən hərbi polis rəisi vəzifəsindən kənarlaşdırıldım”.

Digər iddiaya görə, Aslan Aslanov hərbi polisin öz kurasiyasında olmasından istifadə edərək evinin mühafizəsini də o quruma tapşırıbmış. Hazırda ehtiyatda olan zabit, keçmiş hərbi polis rəisi Elxan Heydərov isə bu məlumatı da təkzib edir. Hərbi polisin bu işlərə qarışdırılmadığını deyən Elxan Heydərov hətta vəzifədən kənarlaşdırılmasında da Aslan Aslanovun səbəbkar olduğunu bildirir:"Mənim ərazim Şəmkir olmayıb. Gədəbəy, Qazax, Tovuz, Ağstafa olub. Ayda-ildə bir dəfə Şəmkirə xidmətə düşmüşəm . Amma onlara görə işimdən də uzaqlaşdırılıdım. Aslanovun güdazına getdim. İllərdir bu məsələlərdən uzağam. Adımı isə qərəzli şəkildə hallandırırlar”...

Həmin vaxt Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi,polkovnik Rövşən Məhərrəmovisə Elxan Heydərovun dediklərini təkzib edir. O, AzNews.az-ın suallarına cavab verməkdən boyun qaçırsa da, qısa dialoqumuzda bir çox maraqlı mətləblərin üstünü açmış oldu:



"RƏİS MƏNƏ YOX, ASLAN ASLANOVA TABEÇİLİK GÖSTƏRİRDİ"

- Cənab polkovnik, Aslan Aslanovun oğlunu qətli sizin yadınızdadırmı?
- O hamının yadındadır. Bu barədə mənə niyə sual verirsiniz? Mən heç bir sualı cavablandırmayacam, sağ olun.

- Rövşən müəllim, belə bir məlumat var ki, Aslanovun oğlu öldürüləndən sonra onun meyitinin tapılması və evinin mühafizəsi işini Hərbi Polis tərəfindən həyata keçirilib. Siz də həmin vaxt nazirliyin Hərbi Polis İdarəsinin rəisi olmusuz…
- Düzdü, mən olmuşam, amma bu işlərdən xəbərim yoxdur. Bunu gedin həmin vaxt Şəmkirin hərbi polisi olmuş şəxsdən soruşun…

- Elxan Heydərovdan?
- Bəli...

- O, həmin vaxt bu barədə sizı məruzə etməyibmi?
- Yox,

- Niyə?
- O, məndən çox Aslan Aslanova tabeçilik göstərirdi. Ona görə də mənə heç nəyi məruzə etmirdi.

- Bundan nazirin xəbəri var idimi?
- Sağ olun…

Rövşən Məhərrəmovun dediklərindən iki vacib məqam ortaya çıxır. Birincisi odur ki, Elxan Heydərov doğrudan da həmin vaxt Şəmkirin həbi polisinin rəisi olub. Bəs görəsən, o bunu niyə gizlədir?

İkinci vacib məqam isə Elxan Heydərovun öz rəisinə deyil, Aslan Aslanova tabe olması, onun ərlərinin yerinə yetirməsi, ikincinin isə hərbi polisi oğlunun ölüm işinə cəlb etməsi faktıdır... Hər iki məqamla bağlı araşdırmalarımız davam edəcək.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024