Sosial (24-01-2015, 13:28)
Qəlyan çəkən qadınlarımız narkomandır?
1 saatda istifadə olunan sulu qəlyan 50 siqaretə bərabərdir
Son illər ölkədə sulu qəlyan təklif edən əyləncə və iaşə obyektlərinin sayı çoxalıb. Siqaretlə mübarizə aparmaq kimi qayğımız olduğu halda sulu qəlyan dəbi ilə qarşı-qarşıya qalmışıq. Sulu qəlyan dəbi birdən-birə necə vüsət aldı? Bir qismi İranla (orada qadınlar arasında da geniş yayılıb) sərhədlərin açılmasının sulu qəlyan aparatlarının ölkəyə gətirilməsinə şərait yaratdığını deyir. Bəziləri belə fikir irəli sürürlər ki, gənclərin səmərəsiz məşğuliyyətlərindən işbazlar fürsət tapdılar. Nəzərə alsaq ki, bu gün hər addımbaşı “çay evi” adı ilə naməlum şəkildə fəaliyyət göstərən obyektlər var, daha çox gənclərin toplaşdığı belə yerlərdə sulu qəlyan bir növ məcburi “işə” çevrilib. Onu dadmaq, ondan istifadə gəncləri qürurlandırır. O mənada ki, indi az adam tapmaq olar ki, sosial şəbəkələrdə qəlyan püləyən yerdə şəklini paylaşmasın. Təəssüf ki, kişilərin bu dəbinə artıq qadınlar da həvəslə qoşulub. İndi gənc qızlar qadın klubları, hətta qadın salonlarında bu xidmətdən rahatlıqla istifadə edə bilirlər. Çoxu da özünü sulu qəlyanın siqaretdən zərərsiz olduğuna inandırmağa çalışır. Bu məsələdə məlumatsızlıq, kor-təbii davranış da rol oynayır. Ağır nəticələrin ola biləcəyindən isə xəbəri olan bəlkə də yoxdur.
Milli Məclis növbəti yaz ssesiyasında ölkədə sulu qəlyandan istifadəni qadağan edə bilər. Hər halda səriştəli şəxslər bu xəbərdarlığı edirlər. Bu o deməkdir ki, həmin qadağa rəsmi şəkildə qüvvəyə minsə, yüzlərlə insan bu qəlyan sevgisindən məhrum olacaq, artıq ictimai yerlərdəki qəlyan keyfi, şəxsi evlərdə davam edəcək. Yəni, qadağa belə yayılmış zərərli adətin çətin ki, qarşısını ala. Bəs sulu qəlyan harda yaranıb, bizə necə gəlib çatıb? Analitik.az mövzu ilə bağlı apardığı araşdırma zamanı əldə etdiklərini diqqətinizə çatdırır.

Hindistanın kokoslu qəlyanı…
Sulu qəlyan el içində nargilə adı ilə də tanınır. Ötən yüz illər boyunca bir mədəniyyətin hissəsi kimi qorunub bu zamana qədər gəlib çıxıb. Şərq mədəniyyətinin bir parçası hesab olunan nargilə adı farscadan tərcüməolunur. “Nargilə” kəlməsinin qarşılığı “hindistan cəvizi” və ya bizim tanıdığımız kokos meyvəsinin adından götürülüb. Ərəblərdə “şişa”, iranlılarda "galyan", İspaniyada “teteria”, İsraildə “nargella” adıyla tanınır. Daha çox Misir, Yəmən, İran, İraq kimi ölkələrdə istifadə olunur. Artıq bu ölkələr sırasına Azərbaycan da əlavə oluna bilər. Xüsusən, ərəblərin “kişi söhbət”lərində nargiləsiz süfrə açılmır. Bəs sulu qəlyan necə meydana gəldi? Hindistanda əsrlər əvvəl kokos meyvəsini istifadə etdikdən sonra yerlilər belə bir kəşf etdilər. Kokosun qabığını tütün kimi yandırır, boş kokos meyvəsinin içinə isə su qoyub qamışla soururdular. Primitiv sulu qəlyanın kokos meyvəsinin qabı getdikcə, balqabaqla,şüşə, saxsı, farfor qablarla əvəz olundu. Həm tərkibi, həm də forması dəyişən müasir qəlyan aparatları meydana çıxdı. Tütünün kəşfi bu adətə yeni forma verdi. Nargilə mədəniyyətinə baxışlar da zamanla müxtəlif rəng aldı. Tarixçilər onu “söhbət mədəniyyəti” deyilən xüsusi qonaqlıq kimi qələmə verdilər. Həqiqətən də, faktlar göstərir ki, nargilə hər zaman qrup halında istifadə olunub.
.jpg)
Qəlyanın zərərli tərəfləri barədə son vaxtlar çox danışılır. Beynəlxalq araşdırmalar da təsdiq edir ki, 1-1,5 saat ərzində istifadə olunan nargilə 50 siqaretə bərabərdir. Onun tərkibində elə siqaretin içində olduğu zərərli maddələr var. Eyni nargilədən saysız insanın istifadəsi isə gigiyenik cəhətdən təhükəlidir. Başqa sözlə, ağızlığı dəyişilsə də, infeksiyalar boruda qalır, nəticədə yoluxucu xəstəliklər meydana gəlir.
“Qəlyandakı narkotik maddələr…”
Analitik.az-ın araşdırmasına görə, qəlyandan istifadə bir nəfər üçün 10-15 manat arasında dəyişir. Bahalı qiymət nargiləyə əlavə edilən aromatizatordan asılıdır. Kivi və nanə aromatlı əlavələr daha çox sifariş olunduğu qədər bahadır. Mütəxəsislər bəyan edirlər ki, sulu qəlyanın tərkibi ağır metallarla zəngindir. Qəlyandakı arsenium, nikel, kobalt, qurğuşun miqdarı siqaretin dumanındakı miqdardan olduqca çoxdur. Bu maddələrin hamısı torpaqdan tütünə keçən ağır maddələrdir. Qəlyan istifadə edənlər hesab edirlər ki, qəlyan dumanı sudan keçdiyi üçün zərərli maddələr suda qalır. Amma bunun tamamilə səhv düşüncə olduğu bildirilir.
.jpg)
Avropa Qaraciyər Tədqiqatları Assosiasiyasının (EASL) üzvü, tibb elmləri üzrə fəlsəfə doktoru, həkim-infeksionist Mehdi Mehdiyev təcili şəkildə bu təhlükəli vərdişin aradan qaldırılmasını təklif edir. Həkimin sözlərinə görə, sulu qəlyandan istifadə zadəganlıq xüsusiyyəti kimi yayılsa da, səhv fikirdir. “Bu gün artıq kişilərlə yanaşı qadınlar da sulu qəlyan aludəçisinə çevrilib. Ərəb ölkələrindən gətirilən ətirli bitkilər arasında narkotik tərkibli maddələrin olması istisna deyil. Sulu qəlyandan asılılıq bunu göstərir. Siqaret və ya sulu qəlyan eyni zərəri daşıyır. Belə təbliğat aparırlar ki, güya qəlyandan istifadə qorxulu deyil. Təəssüf ki, millətinə düşmən kəsilən işbazlar, gənclərimizin sağlamlığını təhlükədə qoyurlar. Elə siqaretin özü də qəti şəkildə qadağan olunmalıdır. Bu gün məktəblilər, azyaşlılar da sulu qəlyan stoluna əyləşirlər. İctimai yerlərdə həm siqaret, həm də sulu qəlyandan istifadəni qanun olmasa belə, müvafiq qurumlar çoxdan qadağan etməli idi. İnandırıram ki, sulu qəlyan olan obyektlər əslində cinayət mənşəlli ərazilərdir. Çünki sulu qəlyandan istifadə edənlərin əksəriyyəti tüfeyli həyat keçirənlər, avara, əxlaqı şübhəli insanlardır. Hələ məsələnin tibbi tərəfinə gəlsək, bu, daha ağrılıdır. Çünki həmin sulu qəlyandan çox adam istifadə edir. Vərəmli xəstələr və ya digər infeksiya daşıyıcıları sağlam insanları da asanlıqla yoluxdura bilirlər.”
Çox təəssüf ki, ölkədə Səhiyyə Nazirliyi kimi nəhəng qurum belə məsələ ilə bağlı hər hansı rəy bildirməyə maraqlı deyil. Və vətəndaşlara olan bu biganəliyin bir adı var, konkret nazirlik Azərbaycan vətəndaşlarının sağlamlığını vecinə almır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025